Millətlərarası münasibətlərin inkişafındakı dəyərlər
Millətlərarası münasibətlərin inkişafındakı dəyərlər

Xocalı soyqırımını dünya tanıyır

Bu gün dünya xalqları millətlərarası münasibətlərin inkişafını bir nömrəli vəzifə kimi görür və bu istiqamətdə konkret addımlarda atılır. Çox maraqlıdır ki, bu inkişaf bir tərəfdən millətlərin inteqrasiyasına, barışın yaranmasına təsir edirsə, digər tərəfdən də xalqların yaşadığı soyqırımları, haqsızlıqları gündəmə gətirməyə təkan verir. Bu baxımdan Azərbaycan-İsrail münasibətlərinə, azərbaycanlı-yəhudi dostluğuna diqqət ayırmaq yerinə düşər. Tarixlər boyu sıx əlaqəsi olan bu toplumların yaxınlaşması 2500 il öncəyə təsadüf edir. Məhz 2500 il öncə yəhüdi tayfaları Azərbaycanda özlərinə sığınacaq tapdılar və indinin özündə də Azərbaycanda yaşayırlar. Bunu da qeyd edək ki, yəhudi toplumu tarixlər boyu Azərbaycanda isti qarşılandı və ənənələrdə, mədəniyyətdə bir vəhdət yarandı. Sovetlər birliyinin dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən sonra iki dövlətin münasibətləri daha da istiləşdi və dünyaca məhşur və kifayət qədər gücə malik yəhudi lobbisi Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ probleminin dünyaya tanıdılmasında ciddi rol oynadı. Bu gün də məlum proses davam edir.
Elə Heydər Əliyev Fondunun atdığı son addım da buna misaldır. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası-"Aziz" və Hayfa Universiteti yanında İran və Fars Körfəzi ölkələrinin öyrənilməsi üzrə Mərkəzin təşkilatçılığı ilə qanlı 20 yanvar hadisələrinin anma axşamı keçirilib.İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından bildirilib ki, qanlı Yanvar faciəsi İsraildə ilk dəfə bu səviyyədə keçirilib.
Qeyd edilib ki, Sovet ordusunun antihumanist hərəkətləri nəticəsində azərbaycanlılarla yanaşı yəhudilər, ləzgilər, ruslar və tatarlar həlak olub.Tədbirdə Qalina Qayduk bildirib ki, onun bacısı qızı - on altı yaşlı Vera Bisantina snayper atəşi nəticəsində öz evində həlak olub.
Tibbi yardım həkimi Aleksandr Marxevkanın qohumları qeyd ediblər ki, 24 il keçsə də, onlar bu ağır itkidən özlərinə gələ bilmirlər.
Şəhid Yan Yana Meeroviçin xanımı Valentina öz başsağlığının bütün Azərbaycan xalqına çatdırılmasını xahiş edib və kədərlə deyib ki, həmin vəhşi qırğın gecəsində onun əri Yan Meeroviç azərbaycanlı dostları ilə bərabər qanlı yanvarın qurbanı olub: "Yan Azərbaycanı və Azərbaycan xalqını dünyalar qədər sevirdi".
Anma axşamı zamanı tanınmış kinorejissor Andrey Konçalovskinin "Hakimiyyət Yükü" filmindən ivrit dilnə tərcümə edilmiş bir hissə nümayiş etdirilərək həmin dəhşətli "qara yanvar" günlərinə qaytarıb.
Hayfa Universitetinin mərkəzi zalında fotoşəkillərdən ibarət sərgi də keçirilib. Bu sərgi "Aziz" Assosiasiyasının nümayəndəsi, Azərbaycanda fotoqraf işləmiş Boris Dobin tərəfindən çəkilib. Bu şəkillərdə sərgi iştrakçıları dağıdılmış avtobuslar və təcili yardım maşınları, iki milyonluq dəfn mərasimi, Azərbaycan xalqının şəhidlərini görüb. Şəkillər gələcək nəsillərə Azərbaycan xalqının müstəqillik yolunda dəhşətli və qanlı hadisələr haqqında bir xatirədir.
Boris Dobin Heydər Əliyev Fonduna Qanlı Yanvar hadisələrinə həsr olunmuş 67 foto kolleksiyasını bəxş edib.
Amma məsələ bununla tamamlanmır. Həmçinin artıq bir müddətdir ki, İsrail Parlamentində Xocalı soyqırımının tanınması ilə də bağlı işlər görülür. Bununla bağlı “Unikal”a açıqlama verən, milliyətcə yəhudi olan, millət vəkili Yevda Abramov bildirib ki, məsələ ilə bağlı lazımi müraciətlər edilib:“Artıq bir müddətdir ki, mən və bir sıra dostlarımız İsrail parlamentinə, Xarici İşlər Nazirliyinə, parlamentin bəzi komitələrinə rəsmi müraciətlər etmişik. Parlamentin müəyyən komitələrində məsələni müzakirə etmişik və bu proses davam edir. Sadəcə olaraq, Azərbaycanın İsraildə səfirliyi olmadığından bu danışıqları sistemli şəkildə apara bilmirik. Buna baxmayaraq, artıq bu istiqamətdə ilkin addımlar atılıb və nəticəsinin olacağına da inanıram”. Gördüyünüz kimi, millətlərarası münasibətlərin inkişafı həm də yaşanan problemlərin ictimailəşməsinə müsbət təsir göstərir. Bu baxımdan son zamanlar Heydər Əliyev Fondunun Avropada gördüyü işləri də xüsusi ilə qeyd etmək lazımdır. Tarixlər boyu erməni lobbisinin güclü olduğu Fransada Azərbaycana qarşı yanaşmada qüsurlar mövcud olmuşdu. Amma Heydər Əliyev Fondunun məhz aktivliyi nəticəsində iki xalq arasında mədəni əlaqələr inkişaf etdi və bu dövlət siyasəti səviyyəsinə qədər qalxdı. Bunun nəticəsidir ki, nəhayət, Fransa prezidenti Azərbaycana səfər edəcək. Xatırladaq ki, bundan öncədə Fransa prezidenti Azərbaycana səfər etmişdi.