Suriyada döyüşmək üçün azərbaycanlılara çağırış edilib
Suriyada döyüşmək üçün azərbaycanlılara çağırış edilib

Suriyada vətəndaş müharibəsinin tüğyan etdiyi bir zamanda məlum oldu ki, yüzlərlə azərbaycanlıda bu savaşda iştirak edirmiş və bu günə qədər yüzə qədər azərbaycanlı qətlə yetirilib.
Amma bununla yanaşı yenə də Suriyaya getmək istəyən azərbaycanlılar var və hazırda sosial şəbəkələrdə onlara dəstək məqsədi ilə səhifədə yaranıb. Maraqlıdır, bu hansısa fəsadlar yarada bilərmi? “Unikal”a açıqlama verən millət vəkili Fərəc Quliyev bildirib ki, Suriyada Azərbaycanlıların döyüşməsinin tam əleyhinəyəm: “ Azərbaycanlı, Azərbaycanda Qarabağda döyüşə bilər və buna hazırlaşmalıdır.Dini təmayüllü müəyyən təşkilatlar adamlarımızı və gənclərimizi yoldan çıxarırlar.Bu normal bir şeydir. Üstəlik də bəzi dövlətlərlə münasibəti pozmağa, gənclərimizi münaqişələrə cəlb etməyə çalışırlar.Bəs mən nə uğrunda mübarizə aparıram ? Burda məntiq nədir ki ? Hesab edirəm ki, belə halların qarşısını almaq üçün maarifləndirmə işlərinə ehtiyac var. Burada xüsusi ilə telekanallar iş görməlidirlər, gənclərlə bağlı xüsusi proqramlar olmalıdır, maarifləndirici tədbirlər həyata keçrilməlidir, dini qurumlar gənclərlə əlaqələr qurmalıdı və gənclərimizin heç nədən məhf olmasının qarşısını almalıdır. “
Millət vəkili, Ümüd partiyasının sədri İqbal Ağazadə “Ünikal”a açıqlamasında bu halların narahatçılıq yarada biləcəyini düşünmür:-“Suriyada dünyanın müxtəlif yerlərindən gələn quruplaşmalar var. Bunu rəsmi dövlət siyasəti hesab etmirlər. Bu heç bir tərəfə , xüsusi ilə də Azərbaycan tərəfinə heç bir təsir etməyəcək.Belə hallardan narahat olmağa dəyməz.” Bunu da qeyd edək ki, hazırda Xarici İşlər Nazirliyi Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların kimliyini müəyyənləşdirir.
Abbas Qəmli