Gülçin Ələkbərqızının təhsil biznesi
Gülçin Ələkbərqızının təhsil biznesi
Gəncə Musiqi Kollecində özbaşınalıq
Gəncə Musiqi Kolleci deyəsən Təhsil Nazirliyinin hədəfinə gələcək növbəti təhsil müəssisəsi olacaq. 700-ə yaxın tələbənin təhsil aldığı, 256 müəllimin işlədiyi bu təhsil müəssisəsinin direktoru Gülçin Ələkbərqızının az qala şəxsi müəssisəsinə çevrilib. “Unikal.org”a daxil olan xəbərdə bildirilir ki, yeni nazir təyinatından sonra təhsil müəssisəsində bir neçə gün nizam-intizam bərpa olunsada sonradan yenə hər şey köhnə qaydaya salındı. Belə ki, istər qabiliyyət imtahanlarında, istərsədə semestr imtahanlarında on minlərlə manat pul ortada dövr edir. Bundan başqa adı olub, amma özü dərsə gəlməyən tələbələrə də rast gəlmək olar ki, bunlarda işlərini bir başa Gülçin Ələkbərqızı ilə qururlar. Son zamanlar təhsil sektorunda aydınlaşan mürəkkəb problemlərdən biri də ali məktəblərin özlərinin qəbul keçirtmələri və sonunda saxta diplomlar vermələridir. Aydın olur ki, Gəncə Musiqi Kolleci də bu xəstəliyə yoluxan təhsil ocaqlarındandır və adi yoxlamalar aparmaqla son illərdə nə qədər belə halların baş verdiyini görmək mümkündür. Amma Gülçin Ələkbərqızı nədənsə heç bir narahatçılıq keçirtmir. Bunu da qeyd edək ki, ali məktəblərdə yoxlamaların başa çatmasından sonra kolleclərdə də bu tipli yoxlamalar olacaq. Görünür onda Gülçin Ələkbərqızı narahat olacaq. Kolleclə bağlı redaksiyamıza daxil olan ilginc faktları araşdırandan sonra nəzərinizə çatdıracağıq.