Dünyaca məşhur müğənni stüardessaya sataşdı, sonra...

Castin Biber Kanadadan Amerikaya səfər edərkən təyyarənin pilotuna və stüardessaya qarşı seksual xarakterli hərəkətlər edib

Kanadalı qalmaqallı ulduz Biberin bir müddət əvvəl bir neçə dəfə saxlanılmasına səbəb olan təcavüz iddialarına yenisi əlavə olundu. Kanadalı tanınmış müğənni Castin Biber Kanadadan Amerikaya səfər edərkən təyyarənin pilotuna və stüardessaya qarşı seksual xarakterli hərəkətlər edib. Hadisə ötən həftə müğənni atası və 10 dostu ilə birlikdə özəl bir təyyarə ilə Nyu-Yorka uçarkən baş verib.

Məlumata görə, baş verənlər stüardessanın polisə şikayət etməsi ilə üzə çıxıb. Şikayətdə, müğənni, atası və dostlarının təyyarədə narkotikdən istifadə etdikləri, bu vaxt təyyarədə hava təzyiqinin aşağı düşməsi ilə oksigen maskalarının açıldığı, xəbərdarlığa baxmayaraq şəxslərin narkotikdən istifadəyə davam etdiyi bildirilir.
Şəxslər həmçinin pilota və stüardessaya sataşıb, təyyarənin xanım əməkdaşına qarşı seksual xarakterli hərəkətlər ediblər. Xanım əməkdaşın uçuş vaxtı qorxudan qaçaraq gizləndiyi bildirilir. Şəxsiyyəti naməlum stüardessa uçuşun başa çatması ilə işdən ayrılıb və bir daha Biberlə uçmayacağını deyib.
Biber və dostları ötən həftə Torontoda mindikləri Limuzinin sürücüsünə sataşdıqları üçün polis tərəfindən saxlanılmışdı. Müğənni bu səbəblə martın 10-da Torontoda məhkəməyə çıxarılacaq.
Bundan başqa, müğənni narkotikdən istifadə edərək bu vəziyyətdə Mayaminin küçələrində sürətlə maşın sürmüş, bu səbəbdən polis tərəfindən saxlanılmışdı.