Hüseyn Paşayevə YAP-da daha bir vəzifə verilib

Hüseyn Paşayevə YAP-da daha bir vəzifə verilib

Yeni Azərbaycan Partiyasının Mətbuat və ictimai əlaqələr komissiyasının ilk iclası keçirilib.

Partiyadan verilən məlumata görə, YAP İdarə Heyətinin üzvü, komissiyanın sədri Nizami Xudiyev bildirib ki, komissiya partiyanın İcra Katibliyi ilə sıx təmasda fəaliyyət göstərəcək və kütləvi informasiya vasitələri ilə əlaqəli işləyəcək.
2014-cü il üçün iş planı haqqında danışan sədr deyib ki, komissiya və mətbuat arasında əlaqələrin tənzimlənməsini təmin etmək məqsədilə KİV rəhbərləri ilə geniş tərkibdə müzakirənin təşkil olunması nəzərdə tutulur. Eyni zamanda, komissiya qarşıdan duran vəzifələrin icra vəziyyətini müzakirə etmək üçün hər rübdə bir dəfə toplanacaq.
Sona YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunub. YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib.
Komissiyanın digər üzvləri isə YAP Siyasi Şurasının üzvləri - "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, Milli Məclisin deputatı Mirkazım Kazımov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Bakı şəhər İcra Hakimiyyətində memar Sədrəddin Əkbərovdur.