Dəhşətli qətlin təfərrüatları: polis izn verdi, ölüm yox...
Dəhşətli qətlin təfərrüatları: polis izn verdi, ölüm yox...

Gənc oğlan ölümdən qaçmaq üçün hər şey etdi, amma bacarmadı

Beyləqanda üç dostun mübahisəsi qansız ötüşməyib. Kanal S xəbər verir ki, yaxın dost olan Beyləqan şəhər sakinləri Zakir Yusifli, Tural İsmayıllı və Yasin Hüseynovun arasında mübahisə yaranıb.
Münasibətlərinə şəhərin "PMK" adlanan ərazisində aydınlıq gətirmək istəyən dostlar arasında əlbəyaxa dava düşüb. Nəticədə Tural İsmayıllı Yasin Hüseynova boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. Yara dərin olduğundan ikinci yerindəcə keçinib. Hadisəni törədən dostlar asayiş keşikçiləri tərəfindən saxlanılıblar. Saxlanılan Zakir Yusiflinin 23, Tural İsmayıllının isə 22 yaşı var. Həyatını itirən Yasin Hüseynov isə 30 yaşında olub. Amansızlıqla qətlə yetirilən Yasin Hüseynov çox çalışsa da, bıçaq zərbələri qarşısında aciz qalıb.
Rayon prokurorluğundan bidirilib ki, tanışı Zakir Yusifli Yasinin qarşısından maşında maqnitofona yüksək səs verərək keçib. Yasin Hüseynov maşını saxlatdıraraq Zakirə məhəllədə belə bir addımın düzgün olmadığını deyib. Onlar arasında mübahisə düşüb və söhbətlərini sonraya saxlayıblar.
Dünən isə Zakir dostu Tural İsmayıllı ilə çayxanada görüşüb söhbət edərkən Yasinlə bir gün əvvəlki mübahisəsini danışıb və onu cəzalandıracağını deyib. Çaylarını içdikdən sonra çayxanadan çıxıblar. Bu zaman isə təsadüfən Yasin maşınla həmin çayxananın qarşısından keçirmiş. Dostlar onun maşınını saxlatdıraraq yenidən köhnə söhbəti davam etdiriblər. Zakir cibindəki bıçaqla Yasinə zərbələr vurub. Zərbələrdən qaçmaq üçün Yasin yaxınlıqdakı mağazaya girərək özünü xilas etmək istəyib. Lakin Zakir və Tural onun arxasınca mağazaya girərək daha bir neçə bıçaq zərbəsi vurublar. Sonuncu bıçaq isə boğasına sancılıb. Yasin elə mağazada canını tapşırıb.
Həkimlər Yasinin bədənində 5 bıçaq zərbəsi sayıblar. Onu da əlavə edək ki, Y.Hüseynovun barədəsində rayon polis şöbəsində cinayət işi olub. O, bir neçə gün əvvəl başqa bir nəfəri bıçaqlamaqda günahlandırılırdı. O, zaminə çıxmaqla həbsdən yaxa qurtarsa da, ölüm ona rüsxət verməyib.