Ramiz Mehdiyev Facebook-da Xocalıdan yazdı
Ramiz Mehdiyev Facebook-da Xocalıdan yazdı

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev özünün Facebook səhifəsində yeni status yazıb.R us dilində olan bu qeydlərdə Xocalı soyqırımı yad edilir.
Ramiz Mehdiyev yazır: "Ermənistan prezidenti Serj Sərkisyanın və onun ətrafının Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayət bu sayaq yeganə fakt deyil. Xocalı soyqırımından əvvəl Xocalı rayonundakı Kərkicahan, Əsgəran rayonundakı Meşəli, Xocavənd rayonundakı Qaradağlı, Kəlbəcər rayonundakı Ağdaban, Qazax rayonundakı Bağanıs-Ayrım kəndləri yer üzündən silinib. Lakin məhz Xocalı faciəsi erməni siyasi başçıları və erməni kilsəsinin Azərbaycan xalqına qarşı iki yüz ildən bəri apardığı etnik-siyasi təmizləmə və soyqırımın dəhşətli rəmzinə çevrildi. Məhz Xocalıda dinc azərbaycanlı əhalinin soyqırımını Ermənistan prezidenti Serj Sərisyan dünya birliyinə soyuqqanlılıqla icra edilmiş "qisas aktı" kimi təqdim etdi, çünki 1992-ci ildə Xocalıya təcavüz 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrin ildönümü ilə eyni gündə törədildi, sonuncu hadisə isə SSRİ DTK-nın lal razılığı ilə Ermənistan xüsusi xidmət orqanları tərəfindən planlaşdırılmışdı.
Əfsus ki, bəzən parlament, hökumət, bəzən də beynəlxalq təşkilatlar soyqırımın baş verdiyi Xocalı faciəsinə göz yumurlar. Onlar ya erməni təbliğatına, ya da siyasi konyukturaya boyun əyir, "erməni talanları" haqda əfsanəni müzakirə predmetinə çevirir və hətta bu haqda qeyri-obyektiv, ədalətsiz qətnamələr qəbul edirlər".