"Bu oyunda qalib çıxan tərəf olmayacaq"
"Bu oyunda qalib çıxan tərəf olmayacaq"

Razi Nurullayev: "Putin dünyaya sübut etməyə cəhd edir ki, Rusiya əvvəlki kimi zəif bir dövlət deyil"

Son günlərdə Ukraynada və Krımda baş verən hadisələrlə bağlı suallarımızı politoloq Razi Nurullayev cavablandırır.

-Razi bəy, hazırda bütün dünyanın diqqəti Ukraynaya yönəlib. Orada vəziyyət kifayət qədər gərgindir. Rusiya imperiya ambisiyalrından geri çəkilmir, mütərəqqi dünya isə Ukraynanı dəstəkləyir. Bu hadisələrin mümkün ssenariləri necə görünür?
-Təbii ki, Ukraynada baş verən hadisələrin məhz bu ölkədən qaynaqlandığını söyləmək ədalətsizlik olardı. Bu gün Ukrayna uğrunda Avropa Birliyi və ABŞ bir tərəfdən, digər tərəfdən isə Rusiya mübarizə aparır. Rusiya Krımı işğal etməklə, Ukraynanın buradakı hərbi bazasını ələ keçirtməklə və Krımın inkişafı üçün artıq altı milyard dollar vəsait ayrımaqla demək istəyir ki, istənilən halda Krımdan əl çəkən deyil və bununla bərabər Ukraynanın şərq vilayətlərinə də öz təzyiqini və intervensuiyasını genişləndirmək niyyətindədir. Dünya da bunu görür, amma mənə belə gəlir ki, Ukrayna uğrunda bu qədər çabalar göstərmiş və qurbanlar vermiş Ukrayna xalqı təzədən heç cür Rusiyanın orbitinə qayıtmaq niyyətində ola bilməz. Amerika Birləşmiş Ştatları və Avropa Birliyi heç zaman imkan verməz ki, Ukrayna bir daha Rusiyanın təsir dairəsinə düşsün. Amma bütün bu çabaların bir ödənişi də olacaq. Burada bir qurban da olacaq və hal-hazırda Ukraynanın ərazi bütövlüyü qurban verilməkdədir. Haliyədə Rusiyanın Krımdan çıxmaq niyyətinin ortada olması mümkün görünmür. Səbəb də bundan ibarətdir ki, Rusiya prezidentiu Vladimir Putin, bəlkə də, Ukraynanı başlı-başına buraxa bilərdi, amma məsələ burasındadır ki, Ukrayna Rusiyanın tamamilə nəzarətindən çıxıb Avropanın nəzarətinə keçərsə, bu nəinki Ukraynanın itirilməsi deməkdir, eyni zamanda Putinin Avrasiya İttifaqı ideyasının puç olması deməkdir. Həm də Rusiya prezidentinin ölkədə və ümumən MDB məkanında nüfuzdan düşməsi dönməz proses olacaq. İkinci tərəfdən, Rusiya prezidentinin siyasi iradəsinə və siyasi portretinə çox ciddi bir zərbə dəyəcək. Bunlaırn ardınca isə Ukraynadan nümunə götürən digər MDB üzvləri Putinin təzyiqlərindən o qədər də çəkinməyəcəklər, ona və Avrasiya İttifaqının gələcəyinə olan inamları tamamilə itəcək. Buna görə də Putinin hal-hazırda apardığı mübarizənin və dirənişin kökündə o dayanır ki, Ruisya dünyada hələ də güclü bir dövlət olduğunu və dünyadakı qütbləşmənin bir tərəfində güc oloaraq qaldığını sübut etsin. Putin həm də dünyaya sübut etməyə cəhd edir ki, Rusiya əvvəlki kimi zəif bir dövlət deyil. O, ortalığa qoymaq istəyir ki, Rusiya yenə də dünyaya diqtə etməyi bacaran bir dövlətdir. Bunu da qaynaqlandıran səbəb ondan ibarətdir ki, Avropa dövlətləri və Birləşmiş Ştatlar Liviyaya hücum edib Müəmmar Qəddafini devirərkən Rusiya susdu və müşahidəçin rolu ilə kifayətləndi. Eyni vəziyyət Misir, Tunis olayları zamanı da təkrarlandı və bu zaman Rusiyanın bu ölkələrdəki maraqlarına böyük zərbə dəydi. Qərb bu hadisələrdə istədiyini gerçəkləşdirdi, Rusiya isə adi bir seyrçi kimi sadəcə bəyanat verməklə kifayətləndi. Lakin sonradan Suriya hadisələri qızışarkən Rusiya mövqeyini və tövrünü dəyişdirdi. Yadınızdadırsa, Birləşmiş Ştatların Konqresi artıq Amerika qoşunlarının Suriyaya müdaxiləsi üçün qərar da qəbul etmişdi. Lakin Rusiyanın sərt savranışı bu addımın gerçəkləşməsinə imkan vermədi. Bunun da nəticəsində Suriyada baş verməkdə olan hadisələr hələ də bu günə qədər insanların həyatını aparmaqdadır. Və Rusiya artıq bəyanatlar vermək tərzindən radikal addımlar atmağa keçib. Bu baxımdan da hesab edirəm ki, Rusiya məhz öz nüfuzunu qorumaq üçün Krıma hərbi müdaxiləyə əl atdı və Ukraynanı əlindən buraxmaq niyyətində deyil.
Üçüncü tərəfdən isə Putin çox yaxşı bilir ki, Ukraynaya bu cür təzyiq göstərməsə, onu əlindən buraxsa, bu ölkə may ayında Avropa Birliyi ilə assosiativ saziş imzalayacaq və Avropa Birliyinə daxil olmaq üçün bütün resurslarını işə salacaq. Bunun ardınca isə tezləşdirilmiş bir şəkildə, surətli bir ssenarı üzrə Ukraynanın NATO-nun üzvü olması gerçəkləşəcək. Bu isə o deməkdir ki, Rusiya artıq NATO-nun üzvü olan bir ölkə ilə həmsərhəd olacaq və NATO Rusiyanın sərhədləri yaxınlığında öz bazalarını və raket komplekslərini yerləşsdirəcək. Mənə belə gəlir ki, hal-hazırda müəyyən mənada soyuq müharibə təhlükəsi yoxdur və düşünmürəm ki, nə zamansa Avropa və Amerika ilə Rusiya arasında yenidən müharibə təhlükəsi yarana bilər. Hazırda dünyanın düzəni xeyli dəyişilib və biz başqa bir dünayada yaşayırıq. İnsanların da düşüncələri və hadisələrə yanaşma tərzi dəyişilib. Amma yenə də Rusiyanın imperialist mövqeyi, güc mövqeyi, özünü göstərmək istəyi, imperialistləşmə tendensiyası və köhnədən qalan iddialar onu düzgün və rasional qərarlar qəbul etməkdən hələ də çəkindirir. Ona görə də hal-hazırda baş verməkdə olan gərgin hadisələr təhlükəli bir məcrada inkişaf eləyir. Düşünmürəm ki, bu oyunda qalib çıxan tərəf olacaq. Artıq Ukrayna udan tərəf olmayacaq, çünki bu ölkə faktiki olaraq parçalanıb. Ukrayna xalqı daha çox Avropa və Amerika Birləşmiş Ştatlarından dəstək alacaq. Bu dəstək nələrdə ifadə olunacaq, bunu prosesin sonrakı mərhələlərində görəcəyik.
-Avropa Birliyi və Amerika Rusiyanın qızğın ambisiyalarını cilovlamaq üçün əl ata biləcəyi iqtisadi sanksiyaların praktik effekti ola bilərmi?
-Artıq Birləşmiş Ştatların dövlət katibi Con Kerri bəyan edib ki, Rusiyaya ciddi şəkildə təpgi olacaq. Ondan əvvəl isə Amerika prezidenti Obama, ardınca Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirmişdilər ki, bu addım Rusiyaya baha başa gələcək. "Təpgi" və yaxud "baha başa gələcək" ifadələrinin arxasında, çox güman ki, birinci növbədə iqtisadi təzyiqlər mexanizmi durur. Bu sanksiyalar nəticəsində Rusiyanın iqtisadiyyatı çökdürülə bilər. Eyni zamanda Rusiyanın dünyadan izolyasıya edilməsi də gerçəkləşdirirlə bilər. Bu mexanizmlər işə salınsa, Rusiya çox ciddi təpgilərlə üz-üzə qalmalı olacaq. Bir misal çəkmək istəyirəm: Rusiya Soçi olimpiadasının keçşeirilməsinə altı milyard ABŞ dolları vəsait xərclədi və bu vəsaiti ortalığa gətirmək üçün ciddi sıxıtntılar keçirtməli oldu. Digər tərəfdən isə müasir Rusiya iqtisadiyyatı daha çox xaricə satılan xammal, xidmət sektoru və kommersiya gəlirləri əsasında qurulub. Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etsə, nəticəsi ruslar üçün çox acınacaqlı olacaq. Artıq son məlumatlara görə, rus rublu avro və ABŞ dolalrına nisbətdə öz dəyərini itirməyə başlayıb. Ekspertlər bu devalvasiyanı Ukraynada baş verən hadisələrin təsiri ilə izah edirlər. Qərbin Rusiyadan əsas asılılığı enerji sahəsindədir. Lakin Qərb dövlətləri bu itkini də kompensasuya edə bilər. Nəzərə alaq ki, elə Qəbin iqtisadi sanksiyaları nəticəsində özünün nüvə silahı yaratmaq proqramından imtina etməli olmuş qonşu İranın sayəsində bu boşluğu doldurmaq üçün Qərbin müəyyən imkanları mövcuddur. Amma iqtisadi sanksiyaların tətbiqi nəticəsində Rusiya iqtisadiyyatı tamamilə çöküş durumuna düşə bilər. Unutmayaq ki, Rusiyanın demokratik kəsimi prezident Putinin apardığı daxili və xarici siyasətdən tam şəkildə narazıdır. Narazı müxalifət və maddi sıxıntı içində yaşayan əhali Putin hakimiyyəti üçün yetərincə təhlükəli qüvvəyə çevrilə bilər. Belə bir məqamda Rusiya Federasiyasını təşkil eədn subyektlər də mərkəzdənqaçma meylləri nümayiş etdirməklə Rusiya üçün çox ciddi problemlər yarada bilər. Nəticədə isə Rusiya bir dövlət kimi mövcud olub-olmamaq sınağından keçməli olacaq.
-Ukraynada gedən proseslərin necə başa çatmasından asılı olmayaraq, çox güman ki, Rusiyanın Azərbaycana yanaşmasında da sərtlik çaları çoxalacaq...
-Ukrayna Rusiyanın strateji planları baxımından son dərəcə önəmli yerv tutur. Onların iki min kilometrlik ortaq sərhədi var. Avrasiya İttifaqı ideyasının gerçəkləşməsi üçün Ukraynanın Rusiyanın təsir dairəsində qalması çox vacib idi. Bu baxımdan yanaşarkən Azərbaycan o qədər də ciddi önəm daşımır. Azərbaycan olmasa da, bu ittifaq formalaşa bilər. Həm də Azərbaycan Avropa Birliyinə inteqrasiya olunmağa çox da tələsmir və bunu Birliyin Şərq Tərəfgdaşlığı Proqramında iştirakla kompensasiya edir. Yaddan çıxartmayaq ki, Rusiyanın Azərbaycana təsir etmək üçün ciddi rıçaqları var. Rusiya istədiyi vaxt Azərbaycanın cənub və şimal bölgələrindəki etnik azlıqları ayağa qaldırıb başımızı qata bilər. Və yaxud Qarabağ separatçılarını aktivləşdirib cəbhə bvölgəsində kəskin durum yarada bilər. Ona görə də Ukrayna hadisələrinin necə başa çatmasından asılı olmayaraq Azərbaycan tərəfi Rusiya ilə ehtiyatlı davranmalıdır.