Azərbaycan Dövlət Baytarlıq Xidməti: Ermənistan regionda epidemioloji stabilliyə təhlükədir

"Ermənistan regionda epidemioloji vəziyyətin stabilliyinin bərqərar olmasına təhlükə yaradır".
Bunu Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova deyib.
O bildirib ki, Ermənistan Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisindən ayırır: "Respublikanın cənub-qərb istiqamətində ərazisinin təqribən 20%-i Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Bu da sərhəd xəttinin uzanmasına və sərhəd ətrafında ərazilərin nəzarətsiz qalmasına səbəb olur".
Xidmət rəisi onu da əlavə edib ki, kənd təsərrüfatı məhsullarının baytarlıq-sanitariya ekspertizası ilə 111 baytarlıq ekspertiza laboratoriyası məşğul olur: "Dövlət sərhədində Baytarlıq Xidməti beynəlxalq qanunvericiliyə, baytarlıq nəzarətində olan yüklərin idxal və ixrac qaydalarına əməl olunmaqla həyata keçirilir və qonşu dövlətlərdə mövcud olan epizootik vəziyyətdən asılı olaraq koordinasiya olunur".