Xaricdən alınan ağacların 70-80 faizi quruyur
Xaricdən alınan ağacların 70-80 faizi quruyur

Milli Məclisin Aqrar Siyasət və Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitələrinin iclasında “Yaşıllıqların mühafizəsi haqqında” ” haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələr zamanı deputatlar xaricdən gətirilən ağacların qurumasından da danışıblar.
Deputat Muxtar Babayev məsələ qaldırararq bildirib ki, Azərbaycana ayrı-ayrı ölkələrdən birtki və kollar idxal olunur. Amma həmin bitkilərin zərərli olması yoxlanılmır. Millət vəkili bu məsələnin mütləq öz həllini tapmalı oduğunu vurğulayıb. Bundan başqa deputat onu da bildirib ki, qanun layihəsində ölkədə adambaşına düşən yaşıllıq məsələsi yer lamalı və onun beynəlxalq standartlara uyğunluğu öz əksini tapmalıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev isə xarici ağaclara xidmət səviyyəsinin aşağı olduğunu və onların tez quruduğunu deyib. O, bildirib ki, xaricdən gətirilən ağaclara xidmət məsələsində çatışmazlıqlar var. “Xaricdən gətirilən ağaclara xidmətdə qüsürlar var. Baxırsan ki, yeni gətirilən ağac 6 və ya bir ildən sonra quruyur. Məsələn son illər Azərbaycana İtaliyadan çox sayda ağaclar gətirilib. Amma onların 70-80%-ı quruyub”.
Eyni məsələni Milli Məclisin sədr müavini Valeh Ələsgərov da müdafiə edib. O, bildirib ki, bu problem aradan qaldırılmalıdır.