Çempionlar Liqası: PSJ və “Barselona” növbəti mərhələdə
Çempionlar Liqası: PSJ və “Barselona” növbəti mərhələdə

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 2 qarşılaşma baş tutub. Almaniya “Bavariya”sı və İspaniya “Atletiko”sunun ardından İspaniya “Barselona”sı və Fransa “PSJ”si 1/4 finala vəsiqəni rəsmiləşdirib.

İngiltərədə 2 cavabsız qolla qalib gələn “Barselona” 1/4 finalın ikinci görüşündə də 2:1 hesabı ilə qələbə çalıb. İki oyunun nəticəsinə uyğun olaraq (4:1) “Barselona” növbəti mərhələyə adlayıb.
Digər cütlükdə də sensasiya baş verməyib. “Bayer”i Almaniyada 0:4 hesabı ilə darmadağın edən PSJ ikinci görüşdə 2:1 hesabını rəsmiləşdirərək, iki oyunun nəticəsinə uyğun olaraq (6:1) 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/8 final mərhələsinə gələn həftə keçiriləcək 4 oyunla yekun vurulacaq.
"PSJ-ə 5:0 hesabı ilə qalib gələ bilərdik"

"Bayer"in baş məşqçisi Sami Hyupia Çempionlar Liqasının 1/8 finalında PSJ ilə oyundan sonra açıqlama verib.
O, komandasının ilk oyunda 0:4, ikinci matçda isə 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, futbolçularının çıxışından razı qalıb. 40 yaşlı mütəxəssis "Bayer"nin bu matçda 5:0 hesabı qələbə qazanmaq şanslarının olduğunu da deyib: "Komandamın nümayiş etdirdiyi oyunu çox bəyəndim. Qarşılaşma ərzində mübarizə apardılar. İlk hissədə daha yaxşı təsir bağışladıq. Rəqib bizim səhvlərimizdən istifadə etdi. PSJ güclü komandadır. Ancaq biz bu matçda 5:0 hesabı ilə qələbə qazana bilərdik".

Martino: "Necə komanda olduğumuzu hər
kəsə sübut etdik"

"Bizim üçün asan oyun olmadı. Hər iki matçda üstün tərəf komandam idi. "Mançester Siti"ni məğlub edərək necə komanda olduğumuzu hər kəsə sübut etdik. Bundan sonrakı mərhələdə də rəqib kim olursa-olsun, uğurlu çıxış edəcəyik. "Mançester Siti" 1/4 finala yüksələn başqa klubları məğlub edə bilərdi". Bu sözləri isə "Barselona"nın baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə cavab oyunundan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının son zamanlar qeyri-stabil çıxış etdiyini bildirib: "Bunun isə bir çox səbəbi var".
Çempionlar Liqası, 1/8 final, cavab oyunları, 12 mart:
“Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 2:1
Qollar: Messi, 67; Alves, 90+1 - Kompani, 89
İlk oyun – 2:0
PSJ (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya) - 2:1
Qollar: Markinos, 13; Lavessi, 53 - Sidni Sem, 6
İlk oyun – 4:0
İlkin Həsənoğlu