Nizami Cəfərov: "Yad sözlərdən  serialda ifrat istifadə yaxşı hal deyil"
Nizami Cəfərov: "Yad sözlərdən
serialda ifrat istifadə yaxşı hal deyil"

"Rus dilində olan sözlərin istifadəsini qadağan etmək olmaz, lakin papulyarlaşdırmaq da yolverilməzdir. Serial hər halda maarifçilik funksiyasını yerinə yetirir. Maarifçiliyin də birinci şərti dövlət dili normalarına riayət edilməsidir".
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. "Vaqif Səmmədoğlunun "Bəxt üzüyü" filmində də Sevda obrazının dilindən rus sözləri eşidirik. Bu, obrazın rusdilli olduğunu, onun təbiiliyini əks etdirir. Ümumiyyətlə, dünya praktikasında kino, seriallarda başqa dillərdə işlənmiş sözlərdən istifadə olunur. Hansısa ingilis serialında müəyyən obrazın dilində türk və ya fransız kəlməsi işlənə bilər. Rus serial və kinolarında da müəyən qədər bu nəzərə çarpır. Hətta dialeklə də danışıla bilər, çünki bu canlı ünsiyyətdir, koloriti göstərir. Lakin bütövlükdə çox istifadə etmək olmaz". Qeyd edək ki, ATV telekanalında yayımlanan "Bir ailəm var" serialında rus sözlərindən istifadə halları artıq dərəcədə nəzərə çarpır.