"Soyqırım" və millətlərarası münasibətlərə zərbə
"Soyqırım" və millətlərarası münasibətlərə zərbə

Zərdüşt Əlizadə: "Bu oyun hər il təkrarlanır və ABŞ sadəcə olaraq bundan istifadə etməklə Türkiyəyə təzyiq göstərir. Bu qərarın ermənilərə heç bir xeyri olmayacaq. Ermənilər bədbəxt xalqdır və xülyalarla yaşayırlar".

Bu gün dünyada baş verən qloballaşma, inteqrasiya xalqların, millətlərin bütövləşməsi, vahid mədəniyyətin yaranması və millətlərarası münasibətlərin inkişafı ilə müşahidə olunmaqdadır. Aydın olur ki, bu gün dünyaya açıq olmaq, mədəniyyətlərin tərənnümü əslində toplumun inkişafına bir başa təsir edən faktordur. Bu baxımdan Heydər Əliyev Fondunun son illər millətlərarası münasibətlərin inkişafı, tolerantlığın tərənnümü üçün gördüyü işləri xüsusi olaraq qeyd etmək yerinə düşər.
Məhz fondun dəstəyi nəticəsində Azərbaycan mədəniyyəti dünyaya tanıdıldı və bununla da toplumun yeri və nüfuzu dünya xalqları arasında xüsusi ilə seçilməyə başlandı. Məhz bunun nəticəsidir ki, Azərbaycan "Eurovision" mahnı yarışmasına ev sahibliyi etdi, 2015-ci ildə isə Avropa olimpiadasına ev sahibliyi edəcək. Bu isə o deməkdir ki, Azərbaycan artıq açıq şəkildə qərbə inteqrasiya yolu seçib və əksər toplulara xoş niyyətini aşılayır.Azərbaycan qərbə inteqrasiya etməklə yanaşı dünya mədəniyyətində xüsusi yeri olan Rusiya ilə də inteqrasiya prosesini davam etdirir. Bu baxımdan bir neçə gün öncə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın Moskvada tolerantlıqla bağlı təşkil etdiyi sərgini qeyd etmək yerinə düşər. Özündə şərq kaloritlərini qoruyub saxlayan Azərbaycan mədəniyyəti həm də şərq dünyasında önəmli yerini tutmaqdadır. Azərbaycanın İslam təmayüllü beynəlxalq təşkilatlardakı aktivliyi, Bakının İslam mərkəzi kimi bir il xüsusi tədbirlər təşkil etməsi bunu bir daha sübutlayır. Amma təssüfləndirici haldır ki, bu gün dünyada inteqrasiyanın inkişaf etdiyi bir məqamda elə toplumlar var ki, mövcudluqları, həyata keçirtdikləri qüsurlu siyasətlə dağıdıcılıq funksiyasını davam etdirirlər. Bu tip toplulardan biri də ermənilərdir. Bu gün az qala svilizasiyadan belə özünü təcrid edən Ermənistan ətraf toplulara ziyan verməkdən əl çəkməməkdədir. Azərbaycanın 20 faiz torpaqlarını işğal ediblər, Gürcüstanın Cavaxetiya bölgəsini ələ keçirtməyə çalışırlar, Türkiyənin az qala ərazisinin yarısına iddialı olduqlarını bəyanlayırlar, bir sözlə ətraf topluların hər biri ilə hansısa şəkildə qarşıdurma yaratmaqdadırlar. Bu arad erməni toplumunun dağıdıcılıq missiyasının fövqündə bir saxta soyqırım oyunununda durmasının şahidi oluruq. Və çox təssüflər ki, müəyyən qüvvələr bu işdə Ermənistana dəstək verirlər. Elə ABŞ-dan gələn son xəbərdə buna təsdiqdir. Belə ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin müzakirəsinə çıxarılan "erməni soyqırımı" ilə bağlı qanun layihəsi 5 nəfərin əleyhinə çıxmasına baxmayaraq 12 nəfərin lehinə səs verməsi ilə qəbul edilib.18 üzvdən ibarət olan Xarici Əlaqələr Komitəsinin 1 üzvü isə bitərəf qalıb. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib ki, ABŞ Senatı komitəsinin "erməni soyqırımı" ilə bağlı qətnaməsinə ciddi yanaşmaq lazım deyil: "ABŞ Senatı komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməsinə ciddi yanaşmaq lazım deyil, tarixi hadisələrə siyasi qiymət vermək olmaz, bu, tarixçilərin işidir".Səfir bildirib ki, tarixi saxtalaşdırmaq, dəyişdirmək olmaz. Qeyd edək ki, sözügedən qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib. Onu da xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri "soyqırım"ı tanıyıblar.Öncəliklə bunu qeyd edək ki, məhz bu cür tarixi saxtakarlıqlardan istifadə etmək ilk növbədə millətlərarası münasibətlərin inkişafına bir başa mənfi təsir göstərən faktordur. Fikir verin Fransa ilə İngiltərə arasında 100 illik müharibə oldu, on minlərlə insan qətlə yetirildi, nədən bir dəfə də olsa bu məsələlər yada salınmır? İlk növbədə ona görə ki, vahid Avropa ailəsi yaratmaq üçün tarix bir kənara qoyulur. Məhz bunun nəticəsidir ki, bu gün Avropa vahid sərhəddə, vahid pula və vahid mədəniyyətə sahiblənə bilib. Tarixdə ki, "soyqırım"lar isə sadəcə olaraq regionu
inkişafdan təcrid edir. Diqqət yetrin Ermənistanın saxta "soyqırım" iddiasına görə hazırda regionda bir düşmənçilik ab-havası höküm sürür, Türkiyə kimi dövlət məqsədli şəkildə qadağalarla üz-üzə qalır. İndi isə bu qadağaları ABŞ-da rəsmiləşdirməyə başlayıb. Halbu ki, ABŞ və Türkiyə müttəfiq sayılr və NATO üzvü olan dövlətlər kimi bir hərbi blokdadırlar. Amma ABŞ böyük və qüdrətli Türkiyə görməmək üçün erməni oyununu gündəmə gətirir. Bu isə son nəticədə Türkiyənin və Azərbaycanın bir dəfəlik qərbə inteqrasiyadan imtinası ilə sonunclana bilər. Politoloq Zərdüşt Əlizadə "Unikal"a açıqlamasında bunu mənasız bir addım kimi dəyərləndirdi:-" Bu məsələnin xarici komitədə qəbul olunması o demək deyil ki, bütövlükdə konqres bunu qəbul edəcək. Çox böyük ehtimal ki, Türkiyə lobbiçilik fəaliyyətini gücləndirəcək və bunun qarşısını alacaq. Bu oyun hər il təkrarlanır və ABŞ sadəcə olaraq bundan istifadə etməklə Türkiyəyə təzyiq göstərir. Bu qərarın ermənilərə heç bir xeyri olmayacaq. Ermənilər bədbəxt xalqdır və xülyalarla yaşayırlar. Hətta ABŞ bu soyqırımı tanısada heç nə olmayacaq. Çünki Türkiyə artıq böyük dövlətdir və heç bir dövlət Türkiyəyə nəyisə məcbur edə bilməz. Son Krım olaylarını gördünüz. Və aydın oldu ki, kim güclüdürsə istədiyini edə bilir və heç bir beynəlxalq qanunvericilik bunun qarşısını ala bilmir. Bu gün Türkiyədə kifayət qədər böyük dövlətdir və get-gedə də böyüyəcək. Buna görə də soyqırım oyunları artıq Türkiyə üçün əhəmiyyətini itirib". Bunu da qeyd edək ki, ermənilər hesab edir ki, soyqırım əksər dövlətlər tərəfindən qəbul olunandan sonra Türkiyə qarşısında iki məsələ qaldırılacaq.
1. "Soyqırım" qurbanlarına kompensasiyaların verilməsi
2. Ağrıdağda daxil olmaqla Ermənistanla sərhəd bölgələr Ermənistanın ərazisinə daxil edilsin.
Qeyd edək ki, ikinci dünya savaşında yəhüdilərə qarşı soyqırım törətdiyinə görə rəsmi Almaniya yəhüdilərdən üzr istədi və qurbanlara kompensasiyalar verildi. İndi də Ermənistan hesab edir ki, belə bir güzəşt əldə edə bilər. Amma ekspertlər hesab edir ki, bu mümkünsüzdür və soyqırımın olmaması ilə bağlı kifayət qədər ortada faktlar var. Belə olan halda Türkiyəni heç kəs məcbur edə bilməz ki, bu güzəştləri etsin. Məhz buna görə də hesab edilir ki,soyqırım məsələsi sadəcə olaraq bir siyasi oyundur və zaman-zaman Türkiyəyə qarşı istifadə edilir. "Türkiyə "erməni soyqırımı" məsələsində özünə güvənir". Bunu isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Nazir tarixi mövzuların tarixçilər tərəfindən araşdırılmasının vacibliyini söyləyərək qeyd edib ki, bu cür mövzular heç bir zaman siyasi baxımdan istismar edilməməlidir: "Belə prinsipial mövqeyi bir neçə dəfə dünyaya elan etdik. Türkiyə Böyük Millət Məclisində müştərək tarix komissiyası yaratmaq barədə 2005-ci ildə təklif verdik. Bu gün Türkiyə əleyhdarları olan bəzi dairələr bu məsələni gündəmə gətirərək Türkiyəyə təzyiq göstərməyə çalışır. Türkiyə prinsipial mövqeyini bu cür məsələdə həmişə davam etdirəcək. Cənab Kerri də Türkiyə-Amerika dostluğunu, strateji əməkdaşlığın əhəmiyyətinı xüsusi vurğulayaraq, bu mövzuda əllərindən gələni edəcəyini ifadə edib".
Bundan başqa ekspertlər hesab edir ki, artıq erməni "soyqırımı" məsələsi adi erməniləri də bezdirib. Baxın, bir neçə il öncəyə qədər ermənilər Türkiyəyə düşmən ölkə kimi yanaşırdılarsa indi 300 minə qədər erməni Türkiyəyə köçüb və orada bizneslə məşğuldurlar. Bu isə göstərir ki, artıq ermənilər mənasız düşmənçilikdən yorulublar. Amma erməni lobbisi "soyqırım" oyunundan istifadə edərək həm də erməni toplumunu təsir altında saxlayırlar. Bunu da xüsusi ilə qeyd etmək laszımdır ki, erməni lobbisi soyqırım oyunundan həm də biznes kimi istifadə edir. Belə ki, hər il müxtəlif marafonlar təşkil edilir və erməni iş adamlarından milyonlarla dollar pul yığılır. Beləliklə gördüyünüz kimi bir erməni toplumu hansısa beyin mərkəzlərinin əlində oyuncağa çevrilməkdə və zaman-zaman istifadə olunmaqdadırlar. Bu isə bir tərəfədən erməni toplumunun yazıq topluya çevrilməyidirsə, digər tərəfdən bu toplu millətlərarası münasibətlərin inkişafına əngəl yaradan toplu kimi qəbul edilir. Nəticədə isə istər-istəməz özünütəcrid siyasəti ortaya çıxır.