"Efir vasitəsilə onlardan üzr istəyəcəyəm"
"Efir vasitəsilə onlardan üzr istəyəcəyəm"
"Verilişdə özüm də bilmədən səhvə yol vermişəm. Buna görə, bütün veteranlardan üzr istəyəcəyəm"

Bunu açıqlamasında şair Nazilə Səfərli deyib. O, bildirib ki, müharibə veteranları bu məsələdə tamamilə haqlıdırlar: "Efir vasitəsilə onlardan üzr istəyəcəyəm. Biz bu gün onların sayəsində firavanıq. Səhvimə görə vicdanım ağrıyır.

El sözünün - bir misalın qəlbə toxunacağını ağlımın ucundan da keçirməzdim. Bu böyük səhvimdir. Vətənin hər qarışında onların izi var. Heç belə səhv edən də deyildim. Mən onların əlini öpməyə gələcəyəm. Bircə sağalım".
O, hazırda xəstəxanada olduğunu da qeyd edib: "Gələn həftə mütləq üzr istəyəcəyəm. Bağışlamaq da onların böyüklüyü olacaq".
Xatırladaq ki, şair Nazilə Səfərli "Space"in efirində yayımlanan "Qonaqlıq" verilişində müharibə veteranlarını aşağılayan fikir səsləndirib.