Dünya futboluna damğa vuran stadionlar
Dünya futboluna damğa vuran stadionlar

İdmanın ən populyar növünün oynandığı ünvanlar barədə nələri bilməli?

İdmanın şahı futbol hesab olunur. Futbolun yaxşı oynanması üçün isə ən mühüm şərtlərdən biri stadiondur.
Bu gün sizə dünyanın ən müxtəlif ölkələrindəki stadionlar haqqında bilgiləri təqdim edəcəyik. Bu məlumatlar futbol həvəskarları üçün yəqin ki, çox diqqət çəkici olacaq.

Beləliklə, dünyanın ən populyar idman növünə - futbola damğasını vuran stadionlar barədə müxtəlif maraqlı məlumatlar oxucuların ixtiyarındadır.

Dünyanın ən qəribə
stadionları hansıdır?

Öncə gəlin dünyanın ən qəribə stadionlarının siyahısı ilə tanış olaq:
1. Stadionun adı: "Osaka". Yaponiya, Osaka. 1965-ci ildə açılıb. Heç bir klubun ev meydanı deyil, əvvəl "Gamba Osaka" klubunun meydanı idi. Bir vaxtlar Yaponiyanın ən yaxşı stadionu sayılırdı. 31500 yer tutmu olan stadion hal-hazırda yaşayış kvartalına dönüb
2. Stadionun adı: "Cocodrilos Sport Park". Venesuela, Karakas. 1993-cü ildə açılıb. "SC Real Esport" klubunun və Venesuela yığmasının ev meydanı
3. Stadionun adı: "Estadio Municipal de Braga". Portuqaliya, Braqa. 2003-cü ildə açılıb. "Braqa" klubunun meydanı
4. Stadionun adı: "Aalesund Stadium" Norveç, Olesunn. 1984-ci ildə açılıb. "FC Aalesund" klubunun meydanı. Bu meydanın azarkeşləri üçün heç bir şərait yoxdur, lakin klubun azarkeşləri hər oyun gəlib sevimli klubunu dəstəkləyir.
5. Stadionun adı: "Marina Bay". Sinqapur respublikası, Sinqapur. 1995-ci ildə açılıb. Sinqapur yığmasının meydanı. Sinqapurun bu 22 minlik meydanın unikallığı təbii suyun içində olmasıdı.
6.Stadionun adı: "Eidi Stadium". Farer adaları, Streymur. 1994-ci ildə açılıb. Heç bir klubun meydanı deyil, əvvəl "EB Strejmur" klubunun meydanı idi. "Streymur" klubunun azarkeşlərinin az olmasına baxmayaraq onlar stadiondan görsənən okean mənzərəsindən həzz alırdılar, lakin UEFA bu meydana lisenziya vermədi.
7. Stadionun adı: "Mmabatho Stadium". CAR, Maikenq. 1982-ci ildə açılıb. "Mahikeng Coast" klubunun meydanı. 59 min yer tutumu olan bu stadionun tikintisi xüsüsi olaraq SSSR-də bir kompaniyaya sifariş edilmişdi. Həmin kompaniya hal-hazırda Samarada 2018-ci ilin mundialına hazırlaşaraq stadionun dizaynı ilə məşğul olur.
8. Stadionun adı: "Igraliste Batarija" - yəni "Oynayan Bratiya". Xorvatiya, Troqir şəhəri. 1985-ci ildə açılıb. "NK-Troqir 1912" klubunun meydanı.
9. Stadionun adı: "Gospin Dolac". Xorvatiya, İmotski. 1984-ci ildə açılıb. "NK Imocki" klubunun meydanı.

Bəs dünyanın ən bahalı stadionları hansıdır?

Bu ilin mayında dünya KİV-i Braziliya prezidenti Dilma Russefin Resifi şəhərində "Pernambuku Arena" stadionunun açılışını ediyi xəbərini yaydı. Xəbərdə bildirilirdi ki, 590 milyon dollara başa gələn stadion 2014-cü ildə ölkədə keçiriləcək Dünya Çempionatının 5 oyununu qəbul edəcək.
46 min tamaşaçı tutumuna malik olan stadion Dünya Çempionatını qəbul edəcək arenalar içərisində ən bahalısı hesab olunur.
Qeyd edək ki, mundialın keçirilməsi üçün tikilən ilk 6 arena 2012-ci ilin dekabrında açılıb. Digər 6 stadion isə ilin sonuna kimi açılmalıdır.
Bir neçə il əvvəl isə stadionların bahalığı üzrə reytinq cədvəlini məşhur "Forbes" jurnalı dərc edib. Həmin reytinqə Londondakı Uembli stadionu başçılıq edir. Stadion 1924-cü ildə tikilmiş eyni adlı idman arenası yerində 2006-cı ildə ucaldılıb. Bu stadionun tamaşaçı tutumu 90 min nəfərdir. Tikinti 1,5 milyard dollara başa gəlib. Burada hər bir oturacağın qiyməti 17 min dollardır. Reytinq cədvəlinin ikinci pilləsində 1976-cı ildə Monrealda tikilmiş Olimpik stadionudur. Onun dəyəri 1,4 milyard dollardır. Bu idman arenası 60 min nəfər tamaşaçı tutur və hər yerin, 23 min dollara başa gəldiyi bildirilir.
Reytinq cədvəlinin tərtibindən ötən vaxt ərzində ortaya yeni liderliyə iddiaçılar çıxıb. 2009-cu ildə Nyu-Yorkda Yanki stadionu, Arlinqtonda isə Kovboy stadionu müvafiq olaraq 1,5 və 1,2 milyard dollara inşa edilmişdir. Nyu-Cersidəki Nyu Midlend stadionu rekord qiymətə 1,6 miyard dollara başa gəlib. Bu idman arenasının açılışı 2010-cu ilin aprelində olub. Stadion 82,5 min nəfər tamaşaçı tutur.

Dünyanın ən böyük
stadionları hansılardır?

İndi isə yaşadığımız planetin ən böyük tamaşaçı tutumuna malik stadionları haqqında bir neçə kəlmə. Unutmayaq ki, müasir dövrdə bəşəriyyətin maraqlarını bir araya gətirən, bəzən milyonlarla insanın gözlərini, ürəklərini və düşüncələrini eyni məkana və eyni havaya kökləyən ünvanlardan biri də böyük tədbirlərin, xüsusilə futbol yarışlarının keçirildiyi stadionlardır.
İndi dünyada öz şəhərinin və ölkəsinin markasına çevrilmiş stadionlar var: "Marakana", "Uembli", "Lujniki", "Stad de Frans" və s. Bu stadionlar yalnız idman coşqusu ilə dolu rəqabət meydanı olmayıb, həm də memarlığın, şəhərsalma mədəniyyətinin ciddi tərkib hissəsi kimi diqqəti cəlb edir.
Mahiyyətcə "oyun yeri" olmaqdan daha böyük məna daşıyan hər bir stadion özündə tikildiyi epoxanın estetik zövqünü, ictimai əxlaqını, bəzən də ideologiyasını ehtiva edir. On minlərlə insanı bir araya gətirən belə nəhəng qurğuları bir-birinə bənzədən və bir-birindən fərqləndirən xüsusiyyətlər, onların tutumu, yerli landşafta, eləcə də mənsub olduğu ölkənin memarlıq və şəhərsalma ənənələrinə hansı şəkildə uyğunlaşdırılması kimi cəhətlər həmişə maraq doğurmuşdur və bu gün də maraq obyektidir.
Beləliklə, dünyanın ən böyük stadionları hansılardır? Gəlin bu sualın cavabı ilə birgə tanış olaq.
"1 May stadionu": Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) paytaxtı Pxenyan şəhərindəki "1 May stadionu" müasir dünyanın ən böyük idman arenasıdır. Gənclərin və tələbələrin XIII festivalının keçirilməsi üçün tikilmiş bu stadion 1989-cu il mayın 1-də açılmışdır. 150 min tamaşaçı tutumu olan stadionun əsas memarlıq xüsusiyyəti çevrə təşkil edən 16 tağdan ibarət olmasıdır - yüksəkdən baxanda bu qurğu maqnoliya çiçəyini xatırladır. "1 May stadionu"nda ölkənin futbol üzrə yığma komandasının oyunları keçirilir.
Digər 9 ən böyük stadionun siyahısı belədir:
9. Atatürk Olimpiada stadionu: UEFA-nın 5 ulduzlu stadlar siyahısında Atatürk Olimpiada stadionu, 84.030 nəfərlik tutumuyla dünyanın 32. Stadionu olma xüsusiyyətini daşıyır.Türkiyə in ən böyük stadionu, 31 İyul 2002-ci ildə oynanan Qalatasaray-Olimpiakos dostluq matçıyla açılışını etmişdi.
9 - Allianz Arena: 2005-ci ildə Almaniyada açılmışdır. 340 milyon avroya başa gələn stadiyonun tutumu 66.000 nəfərdir. Stadyonun çöl tərəfi axşam və ya matç olduğu günlər işıqlandırılır. Matç günlərində stadionun çöl tərəfi ev sahibi komandanın rənglərini alır.
8 - Uembley Stadionu: Londonda yerləşən stadion, 90.000 nəfərlik tutumuyla Avropanın ən böyük ikinci stadionu adını alıb. İngiltərə Milli Futbol Komandası matçlarının oynandığı Uembley stadionu, 5 dəfə Çempionlar Liqasının finalı, bir dəfə də Dünya Kuboku finalına ev sahibliyi edib.
7 - Kamp Nou: Azərbaycanca "Yeni Sahə" mənasını verən Barcelonanın əfsanəvi stadionu 99.354. tutumlu 1957-ci ildən bəri Barcelonanın istifadəsində olan stadion bir çox tarixi matça ev sahibliyi etmişdir.
6 - Azadi stadionu: İranın paytaxtı Tehranda yerləşən stadiyonun tutumu 100.000-dir. 1974-cü il Asiya Oyunları üçün inşa edilən stadionun adı İran İslam İnqilabından sonra Azadi olaraq dəyişdirilmişdir.
5 - Melburn Kriket: Avstraliyanın ən böyük, dünyanınsa dördüncü böyük stadionu olan Melburn 100.000 nəfəri aşan tutumuyla, 157 ildir futbol da daxil olmaqla bir çox idman yarışlarına ev sahibliyi edib. 1854-ci ildə edilmiş olan stadion tarixi bir bina olma xüsusiyyəti daşıyır.
4. Estadio Azteca: Meksika Milli Futbol Komandasının milli stadionu və Meksikalı futbol klubu "Club America"nın stadionudur. 1970 və 1986 illərində iki dünya kuboku finalına ev sahibliyi etmiş olan stadion, bir çox konsert orqanizasyonunun da keçirildiyi bir yerdir.
3. Marakana: Braziliyadakı bu nəhəng stadion 1950-ci ildə keçirilən Dünya kuboku finalına ev sahibliyi edib. Finalda Uruqvayın Braziliyanı 2-1 məğlub etdiyi matçda qaçaq girənlərlə birlikdə stadiona 200.000 adam girmişdir.
2. Salt Lake stadionu: əsl adı Yuva Bharati Kriranqandır. Futbol matçlarından başqa atletizm üçün də istifadə edilir. FİFA-nın Hindistanda iki ulduz verdiyi tək stadiondur. Kolkata şəhərində olan 120.000 tutumlu stadion, 1984-cü ildə inşa edilib. Eyni zamanda avto yarış arenası olaraq da istifadə edilə bilir.

Stadionlarda yalnız
futbol oynanmır

Bəzən stadionlar futbola deyil, faciələrə şahidlik edhir. Bununla bağlı bir çox ürəkağrıdıcı hadisələr xatırlatmaq olar.
Təkcə bu il bir neçə belə qanqaraldıcı olayı xatırlatmaq olar. Məsələn, fevralda Braziliyanın Portu Aleqre şəhərində futbol fanatlarının qol sevinci faciəyə çevrilib. Belə ki, Portu Aleqredəki "Arena Gremiu" stadionunda yerli "Qremiu" klubu ilə Ekvadorun "LDU de Kito"su arasındakı qarşılaşmanı tribunalardakı on minlərlə fanat izləyirdi.
"Qremiu"nun yeni oyunçusu, İngiltərənin "Mançester Siti" klubunun sabiq yarımmüdafiəçisi Elano ekvadorluların qapısına qol vurandan sonra braziliyalı fanatlar tribunada "dalğa" yaratmaq istəyiblər.
"Dalğa" başlayandan dərhal sonra yerlərindən qalxaraq ləngər vuran azarkeşlərin oturduqları tribunada basabas yaranıb. Bu zaman onlarla azarkeş tribunaların yuxarı mərtəbələrindəki çərçivələrin qırılması nəticəsində aşağı düşüb. Basabasda iki qadın ağır olmaqla, 10 nəfər yaralanıb.
Apreldə isə Rusiyanın Tomsk şəhərinin "Vosxod" stadionunda faciə qeydə alınıb. Futbol qapısı 13 yaşlı məktəblinin üstünə aşıb. Dərsdən sonra yoldaşları ilə birlikdə arenaya gedən məktəbli qapının tirindən sallanmaq qərarına gəlib. Torpağa yaxşı basdırılmayan qapı da onun üzərinə aşıb.
Ağır kəllə-beyin zədəsi ilə xəstəxanaya çatdırılan uşaq koma vəziyyətinə düşüb və dünyasını dəyişib.
Yanvarda Türkiyədə futbol matçı zamanı faciə baş verib. Şırnakda matç zamanı 3 metrlik istinad divarı oyunçuların üzərinə aşıb. Nəticədə dağıntılar altında qalan 7 nəfər ölüb.
Belə hadisələrin siyahısını çox uzatmaq olar. Biz isə yazıya stadionlarda yalnız futbolun oynanmasını və futbolun da sadəcə, bir oyun olaraq insanlar arasında sevgi, mərhəmət, qayğıkeşlik, sülh, qardaşlıq hisslərini gücləndirməsini arzulayırıq.
İlkin Həsənoğlu