Cəlilabadda 18 yaşlı oğlan məktəb gözətçisini bıçaqlayıb
Cəlilabadda 18 yaşlı oğlan məktəb gözətçisini bıçaqlayıb

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. Hadisə ötən gecə şəhərin Heydər Əliyev prospektində yerləşən 8 saylı texniki və humanitar fənlər təmayüllü orta məktəb-liseyin həyətində qeydə alınıb.
Məktəbin gecə gözətçisi kimi çalışan Cəlilabad sakini, 47 yaşlı Şəmsəddin Ağasaleh oğlu Məlikov həmyerlisi, 18 yaşlı Bəxtiyar Salamat oğlu Əsədullayev tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti alan yaralı yerli sakinlərin müdaxiləsi ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyətinin ağır, stabil olduğu bildirilir.
Hadisəni törətmiş B.Əsədullayev könüllü şəkildə polisə gələrək təslim olub. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.