Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumunda ər-Riyad Bəyannaməsi qəbul olundu
Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumunda ər-Riyad Bəyannaməsi qəbul olundu

Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekunu olaraq ər-Riyad Bəyannaməsi qəbul olunub

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bəyannamədə Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb.
Eyni zamanda, Bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd olunub.
Bu gün, həmçinin Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekunu olaraq, "Ərəb Dövlətləri Liqası, Mərkəzi Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq Memorandumu" imzalanıb.
Memorandumda Ərəb dövlətləri, Mərkəzi Asiya və Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, ticari, maliyyə, texniki, sosial və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunaraq, bu istiqamətdə müvafiq əməkdaşlıq mexanizmlərinin yaradılması təşviq olunub.
Eyni zamanda, memorandumda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə öhdəlik bir daha vurğulanıb.