Fransa səfirliyi Əli Kərimlinin xahişini yerə saldı
Fransa səfirliyi Əli Kərimlinin xahişini yerə saldı

Bəzi müxalifət partiyaları və QHT rəhbərlərinın Azərbaycana rəsmi səfər edən Fransa prezidenti Fransua Ollandla görüşündən sonra maraqlı məqam ortaya çıxıb. Həmin görüşdə nədən Cəmil Həsənlinin iştirak etməməsi sualı yaranıb.
Görüşdə Cəmil Həsənlinin iştirakı üçün müəyyən cəhdlər edilib. Xüsusilə AXCP sədri Əli Kərimli bunun üçün kifayət qədər aktivlik nümayiş etdirib.
Mənbənin bildirdiyinə görə, AXCP sədrinin bu istiqamətdə apardığı danışığların heç bir nəticə verməməsi onu narazı salıb.
Belə ki, F.Ollandın Fransanın Azərbaycandakı səfirliyində görüş keçirəcəyi ilə bağlı məlumat aldıqdan sonra, Ə.Kərimli həmin tədbirə Milli Şuranın sədri Cəmil Həsənlinin də qatılmasına nail olmaq istəyib. Ə.Kərimlinin Cəmil Həsənlinin bu görüşdə iştirak etməsində niyə israrlı olmasına gəlincə isə mənbə bildirir ki, o, həm xarici dairələrə, həm ölkə iqtidarına, həm də müxalifətdəki rəqiblərinə Milli Şuranın varlığı və hətta beynəlxalq aləmdə də tanındığı, qəbul edildiyi görüntüsünü yaratmaq istəyib. Ancaq Fransa səfirliyi Ə.Kərimlinin bu müraciətinə mənfi cavab verib. Diplomatik nümayəndəlikdən deyilib ki, görüşün formatı artıq dəqiqləşdirilib və ona əlavə etməyə lüzum görülmür.
AXCP sədrinin Milli Şuranın müxalifətin "vahid mərkəzi", "nüfuzlu qurum" olması ilə bağlı iddialarına isə səfirlik nümayəndəsi sərt reaksiya veriblər. Məlumata görə, onlar belə bir qurumu tanımadıqlarını deyiblər. Məlumatda, həmçinin bildirilir ki, AXCP sədri məsələ ilə bağlı ATƏT-in, Avropa Şurasının və Avropa İttifaqının Bakıdakı nümayəndəliklərinə müraciət edib, lakin bunlar da nəticəsiz qalıb.