Qərbin təzyiq rıçaqları
Qərbin təzyiq rıçaqları

Azərbaycan güzəşt yolunu seçmədi

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncamla 71 nəfər əvf olunub, 157 nəfər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub, 2 şəxs şərti cəzadan, 1 nəfər islah işləri cəzasından, 11 nəfər cərimə cəzasından azad olunub.

Azad olunanların arasında 16 nəfər əcnəbi (13 İran , 1 əfqanıstan, 1 türkmənistan, 1 Belarus vətəndaşıdır) var. Əfv olunanlardan 5 nəfəri `Amnesty İnternational` və Azərbaycan Hüquq-Müdafiə təşkilatlarının monitorinq qrupunun təqdim etdiyi məhbus siyahılarında adı keçən şəxslərdir:
Allahverdiyev Fərəməz Novruz oğlu
Haciyev Rahib Zahid oğlu
Huseynov Fuad Oqtay oglu
Məlikov Daşqın Əlisəfa oğlu
Məmmədov Bəxtiyar Heydər oğlu
Amma əksəriyyət hesab edirdi ki, əfv fərmanı ilə İlqar Məmmədovda başda olmaqla müxalifətlə bağlılığı olan şəxslər azadlığa çıxacaq. Çünki bir sıra beynəlxalq təşkilatlar bununla bağlı Azərbaycanı dəfələrlə sərt tənqid ediblər və sonuncu dəfə AŞPA-in sədri açıq şəkildə bu şəxslərin azadlığa buraxılmasını tələb etmişdi. Amma gözləntilər özünü doğrultmadı. Ekspertlər hesab edir ki, əslində əfv sərəncamında bu şəxslərin adlarının olması Azərbaycan hakimiyyətinin zəifliyi kimi dəyərləndirilərdi. Analitiklər hesab edir ki, indi həssas məqamdır və bəzi xarici qüvvələr bundan məharətlə istifadə etməyə çalışırlar. Və ilk güzəşt olarsa bu proseslərin qarşısını almaq mümkün olmayacaq. Xatırlayırsınızsa Ukraynada da eyni proseslər baş vermişdi. Öncəliklə Qərb müxtəlif bəhanələr gətirərək Ukrayna hakimiyyətinə təzyiqləri artırdı və bunun davamı olaraq Ukraynanı Rusiya ilə üz-üzə qoya bildi. Bu gün isə eyni təzyiqlər Azərbaycana yönəlib. Ekspertlər hesab edir ki, Azərbaycan bir sıra məsələlərdə güzəştə gedərsə bu qarşısıalınmaz olaya çevriləcək. Çünki hazırda Qərb bütün potensialını işə salaraq Azərbaycanla Rusiya arasında gərginlik yaratmağa və bununlada Azərbaycanı tam təsir altında saxlamağa çalışır. Bunu da qeyd edək ki, bir neçə gün öncə ABŞ-in Azərbaycandakı səfiri də belə bir addıma cəhd etmişdi və bəyan etmişdi ki, Rusiya və İran Azərbaycan üçün təhlükədir. Həmin zamanda Azərbaycan rəhbərliyi ABŞ səfirinin açıqlamasını qəti şəkildə rədd etdilər və bəyan etdilər ki, Rusiya və İranla bağlı heç bir problem yoxdur və səfirin bu açıqlaması siyasi maraq güdür. Həmçinin belə addım atmaq Azərbaycanın daxili işlərinə müdaxilədir. Yeri gəlmişkən bunu da qeyd edək ki, Avropadakı bəzi dairələr hətta Bakıda metro partlayışını həyata keçirən terrorçularıda siyasi məhbus kimi gündəmə gətiriblər. Bunu da xüsusi ilə qeyd edək ki, bu təşkilatların əksəriyyəti məhz leyla Yunusun hazırladığı hesabatlar əsasında Azərbaycana qarşı hansısa təzyiqləri həyata keçirtməyə çalışırlar. Çox gülməlidir ki, ölkədə fəaliyyət göstərən yüzlərlə QHT-in hesabatı nəzərə alınmır və bu günlərdə ermənilərlə işbirliyi tam ifşa olunan Leyla Yunusa diqqət ayırırlar. Müşahidəçilər hesab edir ki, əslində burda sirli bir şey deyil və əslində Leyla Yunus elə onların tələb etdiklərini deyir. Yəni bu bir siyasi oyundur və Leyla Yunuslar sadəcə olaraq bu oyunda istifadə olunan alətlərdir. Məhz bütün bunları nəzərə alan ekspertlər hesab edir ki, Azərbaycan heç bir halda qərbin hansısa təzyiqlərinə görə güzəştə getməməlidir.
Toğrul Əliyev