Nazir Mədəniyyət evinin açılışında
Nazir Mədəniyyət evinin açılışında

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Müşfiqabad Mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verilib.
Mədəniyyət evində əsaslı təmir və yenidənqurma işləri "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun həyata keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Ağalar Vəliyev və digər qonaqlar iştirak edib.
Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildiribki, son illər müvafiq dövlət proqramına uyğun olaraq yeni təhsil və mədəniyyət ocaqları tikilir və mövcud mədəniyyət müəssisələri əsaslı təmir olunur.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən tədbirlərin rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasına, mövcud və yaradılan infrastruktur layihələrin müasir standartlara cavab verməsinə xidmət etdiyini söyləyib.