Azərbaycan dini və milli tolerantlıq baxımından regiona liderlik edir
Azərbaycan dini və milli tolerantlıq baxımından regiona liderlik edir

Əli Cəfərov: "Bizdə dini və milli məsələlərə görə deyil, hər bir şəxsin fərdi qabiliyyət və bacarığına görə dəyər verilir"

Azərbaycan həm milli, həm dini, həm mənəvi-əxlaqi, eyni zamanda, mədəni cəhətdən müxtəlif kəsimləri özündə birləşdirən bir məkandır. Burada saysız-hesabsız mədəniyyət nümunələri mövcud olub, fərqli dinin daşıyıcıları və ayrı-ayrı millətlərin nümayəndələri birgə yaşayıblar. Ən önəmlisi odur ki, Azərbaycanda bu kəsimlər arasında hər hansı problem olmayıb. "Demokratiyanın və Milli Dəyərlərin Təbliği" İctimai Birliyinin sədri Əli Cəfərov "Unikal"a müsahibəsində bu dəyərlərin qorunmasından danışıb.
- Hazırda respublikamızda tolerantlıqla bağlı vəziyyəti qənaətbəxş saymaq olar. Belə ki, Azərbaycanda müxtəlif dini baxışlı insanlar uzun müddətdir ki, birgə yasayırlar və onlar arasında heç vaxt bir birlərinə qarşı mənfi münasibətlər olmayıb. Əhalinin mütləq çoxluğu islam dininə bağlı olmasına baxmayaraq, digər dinin dasıyıcılarınada eyni münasibətlər var. Bizdə dini və milli məsələlərə görə deyil, hər bir şəxsin fərdi qabiliyyət və bacarığına görə dəyər verilir. Eyni zamanda, əhalinin mütləq çoxluğu türk etnosuna bağlı olmasına baxmayaraq digər kiçik millətlərə və xalqlara qarşı ayrı-seçkilik müşahidə olunmur. Kiçik etnoslar ləzgilər, talışlar, avarlar və sair etnoslar və xalqlar bərabərlik və mehribançılıq şəraitində yaşayırlar və konistitusiya və qanunlar qarşısında hamının hüqüqları eynidir.Hər hansı dinindən və millətindən aslı olmayaraq qanuna tabedir və qanun qarşısında hamının hüqüq vəzifələri eynidir. Bizdə dövlət hər bir vətəndasın qarantıdır.
- Bəs, bu gün Azərbaycanda dövlət din münasibətləri, bu münasibətlərin tənzimlənməsi necədir?
- Dövlət din münasibətlərinə gəldikdə isə bu sahədə də elə bir problemlərin olduğunu demək qeyri-mümkündür. Dövlət din münasibətləri konistitusiya ilə tənzimlənir və biri digərinin işinə müdaxilə etmir. Dövlət respublikamızın ərazisində yasayan hər bir fərdin sərbəst səkildə qanunları pozmadan dini fəaliyyət göstərməsinə şərait yaradıb. Təbii ki, qanunları pozan dini təfriqəçilik salan müəyyən məzhəb sahibləri olur ki, buda zamanında aydınlaşdırılaraq qanun qarşısında məsuliyyətə cəlb olunur. Dini və milli ayrı seçkiliyə yol vermək olmaz . Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz
- Bildiyinz kimi, ta qədimdən Azərbaycan yerləşdiyi coğrafi nöqteyi nəzərdən millətlərin, mədəniyyətlərin vəhdət təşkil elədiyi bir məkan olub. Hazırda Azərbaycanda mədəniyyətlərarası dialoqun vəziyyətini necə dəyərləndirirsiz?
- Svilizasiyaların dialoqu indi çox vacib məsələdir. Bu cür müzakirələrin respublikamızda keçirilməsi çox vacib məsələdir. "Şərq Şərqdir, Qərbdə Qərb. Şərqlə Qərb heç bir zaman görüsməyəcəkdir" deyən İngilis yazıçısı Redyard Kiplınq görünür heç bir zaman Bakıda olmayıb. Əgər O, Azərbaycanda olsaydı, heç zaman bu sözləri işlətməzdi.
Azərbaycan hələ 1918 -ci ildə çoxpartiyalı parlamentə , müstəqil KİV-ə malik ilk müsəlman dövləti olub.Şərqdə ilk balet,ilk opera, türk islam dünyasında ilk caz orkestiri burada yaradılıb. Azərbaycan mədəniyyətlərin sintezini yarada bilib. Çünkü biz klassik musiqini, cazı öz milli müsiqimizi saxlayaraq yarada bilmişik. Azərbaycanda ABŞ və bir sıra avropa ölkələrindən qabaq qadınlara seçim hüququ vermişdir.Biz bu cür məsələlərdən fəxrlə danışa bilirik . Eyni zamanda bildiririk ki, bizdə heç bir dini ayrı seçkilik yoxdur və bütün dinlərə eyni münasibət bəsləyirik. Azərbaycan müstəqillik əldə edəndən sonra 3 yeni sinaqoq bir katolik bir də evangelist kilsəsi tikilib. Bu bizim dini tolerantlığımızın göstəricisidir. Biz hər bir etnik qrupa, hər bir dini mədəniyyətə ölkəmizi zənginləşdirən mədəniyyət faktoru kimi yanaşırıq. Biz öz dini -mənəvi mədəni dəyərlərimizi qoruyub saxlamaqla Avroatlantik məkana inteqrasiyanın tərəfdarıyıq.Bundan əlavə qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində ibrani bölməsi açılmış, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qafqazın dağ yəhudiləri" mövzusunda beynəlxalq seminar keçirilmiş, 2000-ci ilin sonunda isə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Bundan əlavə 1990-cı ildən respublikada "Azərbaycan-İsrail" dostluq cəmiyyəti fəaliyyət göstərir.Yəhudi bayramlarında qəzetlərdə respublikanın yəhudi icmalarının tanınmış nümayəndələri ilə müsahibələr dərc olunur. Bakıda nəzəriyyəçi-fizik, Nobel mükafatı laureatı Lev Landau, respublikanın əməkdar həkimi Solomon Qusman, müharibə qəhrəmanı Albert Aqarunov və digər tanınmış yəhudi şəxsiyyətlərinin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanılıb. Bu cür isti münasibətlər respublikamızda yaşayan ruslara və digər xalqlara da samil edilib.
- Azərbaycanda etnik xalqları qızışdırmaq dövlətçilik əleyhinə cəhdlər zaman-zaman olub və imkan olduqca buna cəhdlər davam etdirilir. Sizcə bu cəhdlər Azərbaycanda tolerantlıq modelini, xalqların münasibətini dəyişə bilərmi?
- Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaqdır. Hətda fərdlərin fikirləri bir- birinə zidd olsa belə fikirlərə dözümlü yanaşmalı və hörmət edilməlidir. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir. Düzdür zaman- zaman milli və dini ayrıseçkilik zəmnində müəyyən problemlər yaratmağa cəhd edilib amma istədikləri nəticəni ala bilməyiblər.
- Əli müəllim, azsaylı xalqların yaşadığı regiondansız və orda real mənzərəni daha yaxşı bilirsiz. Sizin regionda hər hansı ayrıseçkilik hiss eləmisizmi?
- Müəyyən tarixi şəraitdə həm ləzgilərin , həm də talışların adından istifadə edərək respublikamızı parçalamaq cəhdləri olub. Amma yenədə deyirəm bütünlükdə nə talışlar , nə də ləzgilər bu cür təxribatçılara inanmayıb. Günki respublikamızda yaşayan bütün etnosların normal mədəni inkişafı üçün hər bir şərait yaradılıb. Mənimdə dünyaya gəldiyim cənub bölgəsində həm türklər həm də talışlar uzun müddətdir ki, birgə bir ailənin üzvü kimi bərabər şəraitdə yaşayırlar. Artıq onlar belə demək mümkünsə qaynayıb qatışıblar, qız veriblər bir- birlərinə qohum olublar. Eyni adət ənənələrin və eyni dinin daşıyıcılarıdırlar.Bölgədə sən türksən, sən talışsan belə məsələlər yoxdur.
- Hazırda tolerantlıqla bağlı gənclərin maarifləndirilməsinə ehtiyac varmı. Ümumiyyətlə bu istiqamətdə təklifləriniz nədir?
- Əgər bugünki gənclik dözümlülük göstərsə, bir-birilərinin fikir və düşüncələrinə hörmətlə yanaşsa, dünya yaşamaq üçün daha yaxşı bir məkan olar. Müasir gənclərə tolerantlıqla bağlı kifayət qədər bilgilər verilməlidir və onlar bu sahədə maariflənməlidirlər. Respublikamızda kifayət qədər dini ibadətgahlar vardır ki, hər gün ora yüzlərlə gənc gəlir və öz inaclarına uyğun dini ayinlərini həyata keçirirlər. Eyni zamanda, ölkəmizdə azəri türklərilə yanaşı, digər kiçik etnos və xalqlar vardır ki, biz onlarla uzun müddətdir bərabər və mehriban şəraitdə yaşayırıq. Biz elə etməliyik ki, müasir gənclər arasında heç bir dini və milli ayrı-seçkilik olmasın. Hər bir fərd biri digərinin inac və əqidəsinə hörmətlə yanaşsınlar. Hər bir gənc xoşlamadığı və əxlaqi cəhətdən yanlış saydığı hərəkətlərə görə digərlərini qınamamalı və digərlərinin hərəkətlərinin qarşısını almamalıdır. Təbii ki, burada söhbət qanundan və qanunların müəyyən etdiyi davranış və əxlaqi hərəkətdən gedir. Bizim gənclər təkcə islam dininə deyil digər dinlərin tərəfdarlarına qarşı da qarşılıqlı hörmət və dözümlülük göstərməlidirlər. Dünya gəncləri arasında dialoqun və qarşılıqlı hörmətin olması demokratiyanın eyni zamanda, dini sabitliyin qarantıdır. Bu da sonda siyasi sabitliyə gətirib çıxarır. Bugünki gənclik sabahın idarəediciləridir. Bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi eyni zamanda orta məktəblərin yuxarı siniflərində maarifləndirici tədbirlərin diskusiyaların keçirilməsi vacib şərtlərdəndir. Biz öz milli və dini dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamaqla avropaya inteqrasiyanın tərəfdarıyıq. Hər bir gəncin fikirlərinə hörmət, hər bir şəxsin fərdi azadlığından söhbət gedirsə deməli demokratiyanın yüksək pilləsi olan lieberalizimdən liberal dəyərlərdən söhbət gedir. Müasir demokratik cəmiyyətin tərkib hissəsi olmaq istəyiriksə deməli gənclərimizə siyasi, dini və milli tolerantlıqla baglı geniş bilgilər verməliyik. Bütün deyilənləri nəzərə alaraq belə bir nəticəyə gəlmək olur ki, müasir gənclərin dini və siyasi baxışları, etnik mənsubiyyəti onların cəmiyyətdəki mövqeyinə təsir etməməli, yalnız insanın xarakteri onun cəmiyyətdə ki, yerində müəyyən rol oynamalıdır. Bu istiqamətdə dövlət qurumlarıyla yanaşı qeyri dövlət sektoruda qabaqlayıcı tədbirlər görməli və müxtəlif siyasi, dini, ideoloji baxışlı gənclər arasında dialoqun təşkilinə çalışmalıdırlar.