Türkəçarə, yoxsa başa bəla?
Türkəçarə, yoxsa başa bəla?

Mütəxəssis rəyi: "Unutmaq olmaz ki, dərman bitkilərinin müalicəvi xüsusiyyəti ilə yanaşı zərərli təsiri də mövcuddur"

Müasir tibbdə inkişafa baxmayaraq səhiyyə sistemində yaranan problemlər nəticəsində son zamanlar insanların digər müalicə vasitələrinə yönəlməsi hallarını daha çox müşahidə etmək olar.

Dünyada ənənəvi müalicə ilə yanaşı, bır neçə başqa üsullar da mövcuddur ki, bunlardan biri də türkəçarədir. Türkəçarə təbii dərman bitkilərindən - otlar, çiçəklər, bitki kökləri, dəmləmələr və məlhəmlərdən hazırlanmış müalicə formasıdır. Alternativ tibbin bir parçası olan bu terapiyanın kökü xalq təbabətinə dayanır.

Bitkilərlə dərdlərinə
şəfa axtaranlar

Bitkilərlə müalicə üzrə mütəxəssis Aytəkin Sultanova deyir ki, adətən xəstələr kimyəvi dərmanlarla müalicədən şəfa tapmayanda dərdlərinə xalq təbabətində dərman axtarırlar. Həmçinin xroniki xəstəliklərdən qurtula bilməyənlər, uzun müddət istifadə nəticəsində bu preparatların zərərli təsirindən qorxaraq ümidini türkəçarəyə bağlayır. Digər tərəfdən bir çoxları dərman bitkilərinin zərərsiz olduğunu düşünərək və daha ucuz başa gəldiyindən bu yolu seçirlər: "Qeyd edim ki, hazırda mütəxəssislər dərman bitkilərindən yararlanaraq klinikalarda effektiv müalicə üsullarından istifadə edirlər. Bitkilərlə müalicədə əsas olan xəstəliyə qarşı necə mübarizə aparmağın və hansı bitkilərdən istifadə qaydalarını bilmək vacibdir. Hər bir bitkinin fərqli tərkibi olduğu üçün müalicədə onlardan istifadə dozasını da dəqiq bilmək lazımdır. Bəzən bir xəstəliyin müalicəsində
10-15 bitki qarışığından istifadə edilir ki, bu da dəqiqlik tələb edir. Bunu isə ancaq bu işin mütəxəssisləri bacarır".

Tanış bitkilər,
zərərli təsir

A.Sultanovanın söylədiyinə görə, türkəçarə ilə özbaşına məşğul olmaq və sağlamlığını ara həkimlərinə etibar etmək həddən artıq təhlükəlidir: "Unutmaq olmaz ki, dərman bitkilərinin müalicəvi xüsusiyyəti ilə yanaşı zərərli təsiri də mövcuddur. Belə ki, bu bitkilərin uzun müddətli və sistematik qəbulu orqanizmdə tədricən lazımsız maddələrin toplanmasına, nəticədə zəhərlənmənin baş verməsinə gətirib çıxarır. Onların həkim məsləhəti olmadan qəbulu maddələr mübadiləsinin pozulmasına və endokrin problemlərin yaranmasına səbəb olur. Məsələn, bir çox xəstəliklərin müalicəsində dazıotundan çox istifadə olunur. Ancaq unutmaq olmaz ki, bu bitki eyni zamanda güclü toksiki təsirə malikdir. Müalicədə doğru dozanın və istifadə qaydasının pozulması zəhərlənmə ilə nəticələnə bilər. Bununla bağlı mütəxəssislər apardıqları araşdırmada bir neçə bitkinin müntəzəm qəbulu nəticəsində zərərli təsirinin olduğunu aşkarlayıblar. Belə ki, bir çoxlarının tanıdığı biyan kökü, çobanyastığı, ekineziya, və dəlibəng bitkisindən həddən artıq istifadə, görmə qabiliyyətinə mənfi təsir göstərir".

"Qaş düzəltdiyin yerdə göz çıxartma"

A.Sultanova bildirib ki, türkəçarə ilə özünümüalicənin digər zərərli tərəflərini belə sadalamaq olar:
- Özbaşına diaqnoz qoymaq və özünü müalicə etmək mövcud vəziyyəti daha da kəskinləşdirə bilər ki, bu da müxtəlif ağırlaşmalara gətirib çıxarar. Məsələn mədəsi ağrıyan, eyni zamanda qan təzyiqi olan birinin yalnız mədə üçün dərmandan istifadə etməsi və təzyiq əlehinə qarışıqdan yararlanmaması xoşagəlməz sonluqla nəticələnə bilər.
- Təsəvvür edək ki, xəstə diqanozu doğru müəyyənləşdirib və müxtəlif televiziya proqramlarına baxaraq özünü bitkilərlə müalicə edir və bir müddət bunun müsbət təsirini hiss edir. Ancaq bu yaxşılaşma müvəqqətidir. Belə müalicə üsulu orqanizmə zərərdən və vaxt itkisindən başqa heç nə qazandırmır.
- Bəzən türkəçarədə bir-birinə əks göstərişli olan dərman bitkilərinin qarışdırılaraq istifadə edilməsi ağır fəsadlara gətirib çıxarır ki, sonda əlacsız qalan xəstə həkimə müraciət etməli olur.
- Qəbul olunan dərman bitkisi bəzən xəstəliyin simptomlarını aradan qaldırsa da, başqa bir xəstəliyin yaranmasına və digər orqanların zərər görməsinə də səbəb ola bilər.
- Bəzən insanlar fitoçaylardan istifadə edərkən elementar səhvlərə yol verirlər. Onlar müalicənin gedişinə mənfi təsir göstərən siqaret və spirtli içkilərdən istifadənin nə qədər zərərli olduğunun fərqində belə olmurlar: "Çox vaxt belə məsuliyyətsiz davranışlar allergik problemlərin yaranmasına səbəb olur".

Uzun sürən
bezdirici müalicə

Bitkilərlə müalicə üzrə mütəxəssisin sözlərinə əsasən, dərman bitkilərinin müsbət təsirini göstərməsi üçün uzunmüddətli və davamlı müalicə kursuna ehtiyac olduğundan insandan daha çox səbr tələb edir. Adi vaxtda kimyəvi dərman vasitələri ilə müalicənin müddəti 15 gün və ya 1 ay çəkirsə, bitkilərlə terapiyada bəzən bu vaxt 6 aya qədər uzana bilər. Bundan da təngə gələn xəstə müalicəni yarıda kəsir: "Əvvəllər türkəçarədən daha çox rayon camaatı, əsasən də dağ kəndlərində yaşayanlar istifadə edirdilər. Buna səbəb isə bu bölgələrdə dərman bitkilərinin daha çox bitməs idi. Ancaq son 10 ildə şəfalı bitkilərin istehsalı və satışı paytaxtla yanaş, digər şəhərlərin əhalisinin də belə dərman vasitələrindən istifadəsini asanlaşdırır. Son dövrlərdə bitki tərkibli dərmanların belə asanlıqla əldə olunaraq qəbulu, türkəçarə ilə özünü müalicənin verdiyi fəsadları daha da artırmaqdadır".
O, 1989-cu ildə yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. görkəmli səhnə ustası Hacıbaba Bağırov 2006-cı il oktyabrın 5-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan mədəniyyətinin zənginləşməsi üçün qüvvə və bacarığını əsirgəməyən sənətkar bütün mənalı həyatını milli teatr fədaisi kimi yaşayıb. Hamını güldürərək düşündürən Hacıbaba Bağırov müasir tariximizin ən ağır anlarında belə həqiqi vətəndaş mövqeyi nümayiş etdirib.
Elə bir adam tanımaq çətindir ki, H.Bağırovu qəlbində yaşatmasın. Onun adı gələndə hamının üzündə təbəssüm oyanır. Hacıbaba Bağırov qüdrətli sənətkarlar sırasına daxildir. O, böyük məktəb qoyub getmişdir. Nə vaxtsa gözəl, peşəkar aktyorlar da meydana gələcək. Amma onların sənətin ən yüksək zirvəsinə çatması üçün, sözsüz ki, Hacıbaba Bağırov kimi sənətkarların məktəbini keçmək mütləqdir.
Azərbaycan səhnəsinin böyük gülüş ustası Hacıbaba Bağırov bütün zamanların sənətkarı kimi xalqımızın qəlbində daim yaşayacaq.
Şirəli Məmmədov