Elza Murad Arifə söz atdı: "Yeddi il əvvəl yazmışam
Elza Murad Arifə söz atdı: "Yeddi il əvvəl yazmışam"

Müğənni Röya Ayxanın ifa etdiyi "Ona nə var ki" mahnısı ətrafında söz-söhbət yaranıb.
Əməkdar artist Elza Seyidcahan bununla bağlı "Müleyli" şousunda maraqlı açıqlama verib:
"Röyanın bu mahnısı indi çox məşhurdur. Mən yeddi il əvvəl "Sənə nə var ki" adlı bəstə yazmışam. Mahnını Ramala verdim. O isə tənbəlliyindən belə gözəllikdə mahnını studiyada saxlayıb, üzə çıxarmır. Mahnını Cavid Cavadoğlu aranjiman edib. İndi Ramal onu oxusa, deyəcəklər ki, Röyadan götürüb. Mənə elə gəlir ki, kimsə bəstəmi eşidib, adından yararlanıb. Axı, sözləri gözəldir. Yenə də babal yuya bilmərəm".
Qeyd edək ki, Röyanın səsləndirdiyi "Ona nə var ki" mahnısının sözləri və musiqisi Murad Arifə aiddir.