Siyasi aktivliyin gücü
Siyasi aktivliyin gücü

Dünya siyasi maarifləndirməyə meyilli cəmiyyətləri qəbul edir

Bir ölkənin demokratikləşməsi, gücə çevrilməsi sözsüz ki, mükəmməl siyasi mədəniyyət və aktivlikdən çox aslıdır. Cəmiyyətin böyük bir kəsmi özünü aktiv güc olaraq qəbul edirsə, deməli həmin cəmiyyətdə inkişaf qaçılmazdır. Fransız psixoloq Qustav Le Bon bildirirdi ki, cəmiyyət o zaman mükəmməl olur ki, hər bir fərd özünü prosesin əsas iştirakçısı hesab etsin. Bu isə sözsüz ki, həm cəmiyyətin özündən, həm də idarə olunmasından çox aslıdır. Yəni liderin tutduğu mövqe, siyasi yanaşması bütövlükdə cəmiyyətə təsirsiz ötüşmür.
Bu baxımdan son illər Azərbaycan vətəndaşlarının aktivliyi , proseslərə həssaslığı diqqəti daha çox cəlb edir. Məsələn, bir neçə ay öncəyə qədər Azərbaycanda dini təriqətlər arasında ciddi gərginliklər yaranmışdı, korrupsiyaya qarşı etirazlar güclənmişdi və nəticədə dövlətin həyata keçirtdiyi siyasət elə cəmiyyət tərəfindən də dəstəkləndi və qısa zaman ərzində siyasi aktivlik bərqərar oldu. Bu isə sözsüz ki, dövlətin lideri İlham Əliyevin məsələlərə aktiv yanaşması, doğru yol tutması ilə bağlıdır. Bunu da qeyd edək ki, prezident İlham Əliyev nəinki Azərbaycanda həmçinin dünyada yaşayan azərbaycanlıların aktivləşməsinə xüsusi önəm verir və diplomatlarla görüşdə bu məsələni bir daha gündəmə gətirdi. Prezident İlham Əliyevin diqqəti cəlb edən addımlarından biri də budur ki, o həmçinin region ölkələrinin və müsəlman dünyasının da aktivləşməsini əsas məqsəd sayır. Çünki Azərbaycan bu gün regionda, İslam dünyasında əsas gücə çevrilib və bu baxımdan ətraf mühitin də aktiv olmasını və birgə addımlamağı vacib şərt sayır. Elə İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri ilə görüşdə səsləndirdiyi fikirlərdə hardasa müsəlman dünyasını aktivliyə çağırmaq idi. Bu reallıqdır ki, əksər müsəlman cəmiyyətlərində siyasi aktivlik zəifdir və siyasi aktivlik zəif olan cəmiyyətlərdə sözsüz ki, terrora, arzuolunmaz separatçılığa meyldə artır. İlham Əliyevin müraciətinin kökündə də məhz bu məsələ dayanırdı: "Bu yaxınlarda Azərbaycan səfirləri ilə keçirdiyim görüşdə qeyd etdim ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir. Biz hamımız çalışmalıyıq ki, İslam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı birliyi daha da möhkəmləndirək.Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Beynəlxalq hüquq normaları Ermənistan tərəfindən kobudcasına pozulub. Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar, Xocalı soyqırımını törətmişlər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır.
Bu münaqişə dünyada nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Ona görə əlbəttə ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq nümunəsidir.
Biz də öz tərəfimizdən üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edirik, bundan sonra da müdafiə edəcəyik. Bilirsiniz ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, öz rolunu artırır. İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun qaldırılması işinə biz praktiki töhfəmizi veririk. İki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu iki il ərzində iki dəfə bu mötəbər quruma sədrlik etmişdir. İki dəfə bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs nəticəsində məsələlər müzakirəyə çıxarılmışdır. Onlardan biri beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərinə aid idi. Beynəlxalq terrorizmə qarşı mübarizə bizim ümumi işimizdir. İkinci mövzu isə İslam Əməkdaşlıq Təşkilatı ilə BMT arasındakı əməkdaşlıq məsələləri idi. Bu, əslində bizim prioritetlərimizi əyani şəkildə göstərir. Əminəm ki, gələcəkdə də bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edəcək və biz bir-birimizi daim dəstəkləyəcəyik.
Eyni zamanda, mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün Azərbaycan praktiki addımlar atır. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasındakı əlaqələrin inkişafında bizim xüsusi rolumuz vardır. 2008-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin birinci birgə tədbiri keçirilmişdir. Bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdir. Artıq "Bakı prosesi" beynəlxalq aləmdə tanınan və hörmətlə qəbul edilən bir prosesdir.
Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir, öz prioritetlərini açıq şəkildə bəyan etmişdir. Çalışacağıq ki, mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi üçün əlavə töhfəmizi verək. Buna çox böyük ehtiyac vardır. Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində İslamafobiyaya qarşı adekvat münasibət göstərilmir. Bəzi ölkələrdə antimüsəlman meyilləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir.
Bizim ölkələrimizin çox zəngin və qədim tarixi, mədəniyyəti vardır. Bu məqsədlə müxtəlif ölkələrdə Azərbaycan günləri, Azərbaycan mədəniyyət tədbirləri mütəmadi qaydada keçirilir. Hesab edirəm ki, bəzi tədbirləri biz təmsil etdiyiniz ölkələrlə birgə keçirə bilərik.
Bildiyiniz kimi, yaxın üç il ərzində Bakıda həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Əlbəttə ki, bu oyunlar böyük idman bayramı olacaqdır. Ancaq, eyni zamanda, hesab edirəm ki, bu oyunların keçirilməsi mədəniyyətlərarası dialoqun inkişafına da öz müsbət təsirini göstərəcəkdir.
Bir sözlə, əziz dostlar, birgə səylərimiz, fəaliyyətimiz nəticəsində əminəm ki, bizim ölkələrdə, bölgədə və dünyada proseslər daha müsbət istiqamətdə gedəcəkdir.
Müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii resursları, iqtisadi potensialı vardır. Çalışmalıyıq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq". Bunu da qeyd edək ki, bir ölkənin siyasi mühiti zəif olursa, aktivlik müşahidə olunmursa, cəmiyyətin sözü eşidilmirsə bu dövlət dünya dövlətləri tərəfindən də ciddiyə alınmır. Yəni müasir dünyada güc tək iqtisadi-hərbi müstəvidə yox, həmçinin cəmiyyətin hazırlığı ilə də dəyərləndirilir. Elə uzağa getməyək götürək qonşu Ermənistanı. Bu gün orada nələr baş verir?
1. Ölkə tam səfalət içindədir
2. Cəmiyyətin siyasi aktivliyi sıfır həddindədir
3. Sosial partlayışın astanasındadır
4. Bütün iqtisadi strukturları, hərbi sahələri Rusiyanın nəzarətindədir
5. İnsan faktoru nəzərə alınmır
6. Siyasi maarifləndirmə süni şəkildə dondurulub
7. Vətəndaş cəmiyyətləri sıradan çıxarılıb
8. Ermənilərdən başqa digər millətlər ölkədən qovulub
9. Ətrafında mövcud olan bütün ölkələrə mənasız yerə torpaq iddiası edir.
Bunun bəs qarşılığında nə baş verir? Baş verən budur ki, cəmiyyəti ölmüş bir ölkənin siyasi rəhbərliyi də artıq ciddi qəbul olunmur. Elə Ermənistan prezidentinin Cənubi Amerikaya səfəri zamanı baş verənlərdə bunun təsdiqidir. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyan Argentina, Uruqvay və Çiliyə səfərə gedəndə həm futbol üzrə dünya çempionatının həlledici oyunlarını stadiondan canlı izləmək, həm də Latın Amerikası ölkələrinin dövlət və hökumət başçıları ilə sıx, ən əsası da özünə faydalı olacaq əlverişli münasibətlər yaratmaq həvəsində idi.Bunu erməni mətbuatı da qeyd edir və belə yazırdı: "Bu Latın Amerikası ölkələri öz regionlarında vacib rol oynayırlar. Özü də bu ölkələr bu gün Azərbaycan və Türkiyənin platsdarmına çevriliblər. Sərkisyanın səfəri təkcə ikitərəfli münasibətlərin dərinləşdirilməsi baxımından yox, həm də Ermənistana qonşu olan ölkələr tərəfindən həyata keçirilən antierməni təbliğatının qarşısını almaq nöqteyi-nəzərindən vacibdir".Amma Sərkisyanın qarşılanması mərasimi sadəcə miskin görünürdü. S.Sərkisyan Argentinada xüsusilə arzuolunmaz pis vəziyyətdə qaldı. Burada ali dövlət rəhbərliyi ona sadəcə olaraq məhəl qoymadı. Sərkisyan Argentina prezidenti Kristina Kişnerin qəbuluna düşmək üçün iki gün gözləməli oldu. Nəhayət, erməni prezidentə başa saldılar ki, xanım Kişner ona sadəcə vaxt ayırmayacaq. Bunu da nəzərə alın ki, Ermənistan prezidentinə belə saymazyana münasibəti erməni diasporunun güclü mövqelərə malik olduğu, zəngin ermənilərin yaşadığı bir ölkədə göstərdilər.
Sərkisyanın şərəfinə verilən "rəsmi nahar" isə ən yaxşı halda lətifə mövzusudur. O, Argentinanın şərəfinə ağızdolusu tərif söyləsə də qarşı tərəfdən Ermənistan barədə heç bir oxşar xoş söz eşitmədi.Çünki cəmiyyəti məhv olan ölkənin nə siyasi çəkisi olar, nə də sözü eşidilər. Bu isə artıq Ermənistanın tam süqutu deməkdir.