MƏRHƏMƏT ELÇİSİ JURNALININ ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN RESPUBLİKAMIZA HAKİMİYYƏTƏ GƏLİŞİNİN 45 İLLİYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞININ TƏQDİMETMƏ MƏRASİMİ OLMUŞDUR

"Nərgiz" Nəşrlər Evində "Mərhəmət elçisi" jurnalının ümumilli liderimiz Heydər Əliyevin respublikamıza hakimiyyətə gəlişinin 45-illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimetmə mərasimi olmuşdur. Tədbiri giriş sözü ilə jurnalın baş redaktoru Şakir Əhmədli açmış və bildirmişdir ki, 1969-cu ilin iyulun 14-dən- ulu öndərimizin rəhbərlik etdiyi bu müstəsna əhəmiyyətli tarixdən etibarən Azərbaycanda iqtisadi,mədəni,elmi və digər sahələrdə böyük irəliləyişlər əldə olunmuş, respublikamiz beynalxalq aləmdə sivil ölkələrdən biri kimi tanınmışdır.Bu gün həmin uğurlar möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən ardıcıl surətdə davam etdirilir. Tədbirdə cıxış edən akedemiklər Teymur Bünyadov,Vasim Məmmədəliyev, elimlər doktarları Aqşin Babayev,Mahirə Quliyeva,Ağarəhim Rəhimov, Əsədulla Qurbanov,Kərim Kərimov,Maarif Teymurov. fəlsəfə doktorları Xədicə İsgəndərli,Natəvan Dəmirçioğlu,Əli Eyvazov,Ənvər Əhməd,xalq artistləri professor Nəriman Məmmədov,Canəli Əkbərov,Tariyel Qasımov,Xızıda YAP ilk təşkilatının yaradıcısı Əmrah Vəliyev. yazıçı publisistlər Tahirə İsmayılova, Oqtay Əliyev və başqaları çıxış edərək, ulu öndərimizin respublikamızın inkişafında, milli tərəqqimizdə ölçüyəgəlməz xidmətlərindən danışmışlar. Çıxışlarda qeyd olunmuşdur ki, Dahi Şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində baslıca məqsədi və amalı xalıqımızın rifahı, milli yüksəlişi, intibahı və hərtərəfli tərəqqisi olmuşdur.Bugünkü.Azərbaycan məhz ulu öndərimizin arzularının, ideyalarının bariz ifadəsidir. Sonra əməktar artist Eldost Bayramovun ifasında ümumilli liderimiz Heydər Əliyevə həsr olunmuş şerlər səslənmişdir. Tədbirin sonunda "Mərhəmət elçisi" jurnalının xüsusi buraxılışı iştirakçılara təqdim olunmuşdur. Bir qrup elm, mədəniyyət, ictimai xadimlər jurnalın fəxri diplomları ilə təltif olunmuşlar.