21 Noyabr 2019
20 Noyabr 2019
Hacı Şahin Həsənliyə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Hacı Şahin Həsənliyə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub SİYASƏT 10:40 2014-07-16

Hacı Şahin Həsənliyə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Hacı Şahin Həsənliyə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənliyə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, Nəriman Mirzəyev 14 il, Mirzəmməd Rüstəmov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ötən il noyabrın 23-də Bakıda yerləşən "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənliyə qarşı sui-qəsd hazırlayan iki nəfərin həbs olunması haqda məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri, Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq-mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra öz ətraflarına həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında internetdə Facebook sosial şəbəkəsində "cihada başlamaq", o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib.
N.Mirzəyev Cinayət Məcəlləsinin 214.2.3-cü (odlu silhadan istifadə etməklə terroeçuluq törətmə), M.Rüstəmov isə 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunublar.