21 Noyabr 2019
20 Noyabr 2019
Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi dövlət siyasətinə çevrilib
Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi dövlət siyasətinə çevrilib SİYASƏT 15:47 2014-07-22

Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi dövlət siyasətinə çevrilib
Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi dövlət siyasətinə çevrilib

Qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi prioritet elan olunub

Azərbaycan sosial-iqtisadi, siyasi, mədəni və hüquqi islahatların həyata keçirildiyi, və bu istiqamətdəki layihələri ilə seçilən dövlətlərdəndir. Təbii ki, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasının əsas götürülməsi vacibdir.
Bu mənada, Azərbaycanda əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən zəif hesab olunan qrupların – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Göstərilən istiqamətlərdə artıq bir çox mühüm tədbirlər həyata keçirilib, bu qrupların insan hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təşkilatlarla birgə layihələr icra edilib. Bununla yanaşı, göstərilən istiqamətlərdə fəaliyyətin mütəmadi qaydada davam etdirilməsi əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi prioritet hesab olunur. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər, Ədliyyə, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Kənd Təsərrüfatı, Nəqliyyat nazirlikləri, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) mütəmadi olaraq, tədbirlər həyata keçirib.
Bundan əlavə, etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi yönündə də önəmli addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) mütəmadi olaraq, tədbirlər həyata keçirib.
Sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi də diqqətdən yayınmayıb. İqtisadi İnkişaf, Ədliyyə, Vergilər nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi yönündə müvafiq tədbirlər görüb. Eyni zamanda, işsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili də əsas məsələlərdən biri kimi gündəmdə saxlanılıb. Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil nazirlikləri, Dövlət Statistika Komitəsi bu sahədəki problemlərin həllinə çalışıb. İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, istehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması kimi məsələlər də həllini tapıb. Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə nazirlikləri bu təbəqədən olanların hüquqlarının müdafiəsi istiqamətində səyləri artırıb.
Onu da nəzərə çatdıraq ki, əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması da mühüm məqamlardandır. Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), şəhər və rayon icra hakimiyyətləri bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib. Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi əsas mühüm şərtlərdəndir. Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman mütəmadi olaraq bu sahədəki hüquqi məsələlərin həllinə çalışır.
Diqqət çəkən məqamlardan biri də odur ki, ölkədə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, onlara göstərilən xidmətlərin (sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial işçilərin hazırlanması da prioritet hesab olunur. Hökumət, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial dəsdəyə ehtiyacı olan ailələrə mütəmadi olaraq, yardım edir. Bununla yanaşı, ahılların hüquqlarının təmin edilməsi sahəsində tədqiqatların aparılması və monitorinq sisteminin təkmilləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilir.
Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə şəraitin və rejimin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi də dövlət siyasətinin prioritetlərindəndir. Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti yuxarıda qeyd olunan statuslu şəxslərin hüquqlarının qorunması yönündə müxtəlif tədbirlər görür. Bu prosesin icra müddəti 2012-2015-ci illəri əhatə edir. Azadlıqdan məhrum edilmiş şəxslərin beynəlxalq standartlara uyğun saxlanılması məqsədilə yeni penitensiar müəssisələrin inşa edilməsi işinin davam etdirilməsi Nazirlər Kabineti və Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq.
Ən mühüm məqamlardan biri də odur ki, azadlıqdan məhrum edilmiş şəxslərin islah edilməsinə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və ictimai nəzarət mexanizmlərinin tətbiq olunması, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi zərurət hesab olunur. Ədliyyə Nazirliyi, İnsan hüquqları üzrə müvəkkili qəbul olunan prosedurdan irəli gələn addımları atır. Eyni zamanda, qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə yönəlmiş kursların təşkili də əsas götürülür. Məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya proqramlarının hazırlanması ilə bağlı da Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2012-2013-cü illər ərzində bir sıra addımlar atılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ombudsman mütəmadi olaraq, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması prosesini gerçəkləşdirir.
Hökumət azyaşlıları da yaddan çıxarmayıb. Belə ki, uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması, habelə Uşaq Televiziyasının yaradılması imkanlarının araşdırılması yönündə də addımlar atılır. Bu işi Milli Televiziya və Radio Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu gerçəkləşdirib. Bu yöndə layihələr 2012-2013-cü illərdə həyata keçirilib. Bundan əlavə, uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan hüquqları üzrə müvəkkili qarşısında əsas vəzifə kimi qoyulub. Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələsi də prioritet götürülüb. Nazirlər Kabineti, Daxili İşlər, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ombudsman bu istiqamətdə lazımi addımlar atır.
Maraqlıdır ki, bölgələrdə zorakılıq və insan alveri qurbanları, kimsəsizlər, narkomaniyadan və alkoqolizmdən müalicəyə ehtiyacı olanlar üçün krizis mərkəzlərinin yaradılması da mühüm məqam kimi nəzərə alınıb. Nazirlər Kabineti 2012-2015-ci illər ərzində lazımi tədbirləri həyata keçirmək öhdəliyi götürüb. Ali təhsil müəssisələri nəzdində fəaliyyət göstərən "hüquq klinikaları"nın fəaliyyətinin dəstəklənməsi də Təhsil, Ədliyyə nazirlikləri tərəfindən 2012-2015-ci illər ərzində gerçəkləşdiriləcək. Əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi isə Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirlikləri tərəfindən icra olunur.
Onu da nəzərə çatdıraq ki, Kütləvi informasiya vasitələri üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsi də dövlətin əsas siyasi hədəflərindəndir. Mətbuat Şurası, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili fikir və ifadə azadlıqlarının həyata keçirilməsi yönündə mütəmadi olaraq, tədbirlər həyata keçirir.