21 Noyabr 2019
20 Noyabr 2019
Ukraynada separatçıların yeni taktikası
Ukraynada separatçıların yeni taktikası SİYASƏT 10:17 2014-07-24

Ukraynada separatçıların yeni taktikası
Ukraynada separatçıların yeni taktikası
Sıravi vətəndaşlar kamikadzeyə çevrilir

"Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasından olan separatçılar mülki əhalidən kamikadze kimi istifadə etməyə başlayıb". Bu haqda ukraynalı jurnalist Yuriy Butusov "Facebook"dakı səhifəsində yazıb.
O, ukraynalı hərbçiləri ehtiyatlı olmağa çağıraraq yazıb ki, Kamenskidə ukraynalı hərbçilərin postuna olunan hücum terrorçuların yeni taktika seçmələrindən xəbər verir: "Blokposta mikroavtobus yaxınlaşıb. Hadisə şahidləri deyir ki, sürücü özünü çox sakit aparırdı, heç bir həyəcanı yox idi. Bu adam mülki şəxs idi, kamikadze yox. Yəqin ki, maşınına qoyulmuş bombadan xəbəri olmayıb. Terrorçular onun maşınına yük qoyaraq müəyyən yerə çatdırmağı xahiş ediblər. Sürücü o yükün içində 30 kiloqramlıq partlayıcının olduğunu bilməyib. Maşın blokposta girəndə separatçılar uzaqdan idarə edilən olunan qurğunu partladıblar".
Xatırladaq ki, iyulun 22-də baş vermiş hadisə zamanı 3 ukraynalı hərbçi həlak olmuşdu.

Krımda ukraynalı patriarxın evinə od vurdular
Krımda Ukrayna Pravoslav Kilsəsinin arxiyepiskopu, patriarx Klementin bağ evi yandırılıb. Newsru.com saytı xəbər verir ki, hadisə Simferopolun Mramornoye kəndində baş verib.
Arxiyepiskop özü hadisəni ona qarşı xəbərdarlıq və hədə-qorxu kimi şərh edib: "İyulun 21-də axşam mənə zəng edib dedilər ki, evin yanıb. Yalnız divarlar və dam salamat qalıb".
Patriarx Klement əlavə edib ki, yanmış evinin yaxınlığında məbəd yerləşir. Son vaxtlar naməlum şəxslər məbədin qiymətli əşyalarını ələ keçirmək istəyirlər. O bildirib ki, elə yanğını da həmin şəxslərin xəbərdarlığı kimi dəyərləndirir.
Hüquq-mühafizə orqanları hələlik faktla bağlı məlumatları dəqiqləşdirirlər. Çünki zərərçəkəndən rəsmi şikayət ərizəsi daxil olmayıb.

Ukraynada Komunist partiyası buraxılır
Ukrayna Ali Radası ölkənin Kommunist Partiyasının buraxılmasına münbit şərait yaradan qanun layihəsini qəbul edib. Qanun plenar iclasda iştrak edən 250 deputatdan 232-si tərəfindən dəstəklənib.
Yeni qanuna görə, Rada rəhbərinə hər hansı bir fraksiyanın ən az üzvü olduqda, onun fəaliyyətini dayandırma hüququnu verir.
Ali Radanın spikeri qanunun ən tez müddətdə Poroşenkoya imza üçün göndəriləcəyi barədə söz verib.
Qeyd edək ki, Maydan hadisələri zamanın yeni hökümətin aktivistləri ölkənin bir çox bölgələrində Leninin heykəlini aşırıb.

Ukrayna separatçıları dəstəkləyən Rusiya
vətəndaşlarına və şirkətlərinə sanksiya tətbiq edəcək
Bu arada o da məlum olub ki, Ukrayna hökuməti separatçıları dəstəkləyən Rusiya vətəndaşlarına və Rusiya şirkətlərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı komissiya yaradıb. Barədə Ukraynanın baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bildirib.
"Rusiya Federasiyasından olan və Ukraynanın ərazi bütövlüyü üçün təhdid daşıyan hüquqi və fiziki şəxslərə qarşı sanksiyaların tətbiqi üçün on gün ərzində hökumətin baxışına müvafiq siyahını təqdim etməyi komitəyə tapşırıram", - deyə baş nazir qeyd edib.

ATƏT-in əlaqələndirici qrupu Donbas
separatçıları ilə danışıqlar apardı
ATƏT-in Ukrayna böhranı ilə bağlı təsis etdiyi əlaqələndirici qrupun Donbas separatçıları ilə videokonfransı keçirilib.
Qurumun rəsmi saytının verdiyi məlumata görə, Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Rusiya səfiri Mixail Zurabov və ATƏT-in xüsusi nümayəndəsi Haydi Talyavininin daxil olduğu qrupun separatçılarla danışıqları zamanı Ukraynada baş vermiş təyyarə qəzasının araşdırılması üçün münasib şərtlərin yaradılması məsələsi müzakirə olunub.
ATƏT-in rəsmi saytında qeyd olunub ki, əlaqələndirici qrup bölgədə təhqiqat işləri aparan beynəlxalq ekspertlərin təhlükəsizliyindən narahatdır.
Eyni zamanda cəsədlərin və təyyarə qalıqlarının axtarışlarının uğurla davam etdirilməsi istiqamətində müzakirələr aparılıb. Məlumatda qeyd olunur ki, əlaqələndirici qrup bu danışıqlara davam etmək niyyətindədir və bu yolla bölgədəki vəziyyətin yaxşılaşmasına ümid edir.
Kənan Rzaquliyev