21 Noyabr 2019
20 Noyabr 2019
Azərbaycanlı məcburi köçkünlərin məsələsi Britaniya parlamentində qaldırıla bilər
Azərbaycanlı məcburi köçkünlərin məsələsi Britaniya parlamentində qaldırıla bilər SİYASƏT 10:05 2014-07-25

Azərbaycanlı məcburi köçkünlərin məsələsi Britaniya parlamentində qaldırıla bilər
Azərbaycanlı məcburi köçkünlərin məsələsi Britaniya parlamentində qaldırıla bilər

Böyük Britaniyanın Tamvörs vilayətindən millət vəkilliyinə seçilmiş Kristofer Pinçer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında "Many Happy Returns" (MHR) adlı təbliğat kampaniyasına qoşulduğunu bəyan edib.

Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, Böyük Britaniya Parlamenti İcmalar Palatasının Enerji və İqlim dəyişiklikləri Komitəsinin üzvü Kristofer Pinçer 2012-ci ildən bəri Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun sədridir.
K.Pinçer Şəki və Qəbələ də daxil olmaqla Azərbaycandakı qaçqın və məcburi köçkünlərin yerləşdikləri düşərgələrdə olub. Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun 2014-cü ilin mayında Azərbaycana səfəri zamanı o, Azərbaycan jurnalistlərinə açıqlamasında bunları deyib: "Britaniyalı parlamentarilər məcburi köçkünlər üçün Şəkidə salınmış yeni qəsəbələrə baş çəkdik. Bu tikililər didərginlərin həyat şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayır. Biz Dağlıq Qarabağ münaqişəsindən və onun Azərbaycana göstərdiyi təsirdən xəbərdarıq. Biz bu münaqişənin həll olunması və məcburi köçkünlərin evlərinə qayıda bilmələri üçün Böyük Britaniya Parlamentində məsələ qaldıracağıq".
AAC tərəfindən təşkil edilmiş MHR kampaniyasının başlığı "Many Happy Returns" deyə ingilis sayağı təbrik mesajının əsasında seçilib ki, bu eyni zamanda öz doğma yurd yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. Kampaniyanın İnternet səhifəsində www.manyhappyreturnsidp.com məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilib, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.
MHR internet səhifəsi həm də öz istifadəçilərinə "Dünya Qaçqınlar Günü"nün əvəz edilib "Dünya Qaçqın və Məcburi köçkünlər günü" kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.