Mübariz Qurbanlı:
Mübariz Qurbanlı: "Son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Sumqayıt şəhərində dini icmaların nümayəndələri ilə görüş keçirib. Komitənin mətbuat xidmətindən Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini, Dini İşlər üzrə Komissiyanın sədri Rövşən Sadıxov, Dövlət Komitəsinin Sədr müavini Gündüz İsmayılov Sumqayıt şəhəri ilə yanaşı, Abşeron və Xızı rayonlarının dini icmalarının nümayəndələri iştirak ediblər.

M. Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib.
Son illərdə ölkədə bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran M. Qurbanlı prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib: "Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir".
DQİDK-nın sədri diqqətə çatdırıb ki, son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə, öz ideologiyalarını yaymağa çalışırlar: "Biz bunu dünyanın müxtəlif ölkələrində görürük. Azərbaycanda bu istiqamətdə problemlər ciddi olmasa da, biz bundan tam sığortalandığımızı da deyə bilmərik. Amma düzgün dini təbliğat, insanlara dinin ali prinsiplərini mükəmməl formada çatdırmaq dini icmaların əsas vəzifəsidir".