Azərbaycan prezidentinə Tacikistan Milli  Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub
Azərbaycan prezidentinə Tacikistan Milli
Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub

Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.
Universitetin rektoru Mahmadyusuf İmomov bu ali təhsil ocağının Elmi Şurasının Azərbaycan prezidentinə Fəxri Doktor adının verilməsi və Elmi Şuranın fəxri üzvü seçilməsi ilə bağlı qərarını oxuyub.
Sonra Azərbaycan prezidentinə Fəxri Doktor diplomu və mantiyası təqdim olunub.
Dövlət başçısı universitetin professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edib.