İlham Əliyev əfv sərancamı imzaladı
İlham Əliyev əfv sərancamı imzaladı
Üç "Nida"çı, bir hüquq müdafiəçisi olmaqla 84 nəfər azadlığa buraxıldı

Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb.İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa buraxılıblar.
Onlar bir müddət əvvəl ölkə prezidentinə əfv olunmaları ilə bağlı müraciət ediblər.
Prezidentin əfv sərəncamı həmçinin 5 nəfər xarici ölkə vətəndaşına da şamil edilib.
Türkiyə vətəndaşı Bektaş İlbeyi Yusuf İzzetin oğlu, İran vətəndaşları İmrahi Tohid Əli oğlu və Məhəmmədzadə Səid Müştəba oğlu, Gürcüstan vətəndaşı Naibov Cəlal Camal oğlu və Pakistan vətəndaşı Zada Amir Sher əfv olunublar.
Ölkə başçısının son sərəncamı ilə azadlığa çıxanlar arasında 3 nəfər qadın da var.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ümumilikdə 84 nəfərə şamil olunub.