İnsan hüquqlarının formalaşması tarixi
İnsan hüquqlarının formalaşması tarixi

Üç mərhələli prosesin sonu

Bu gün insan haqları və hüquqlarının qorunması kifayət qədər dartışılan bir mövzu olaraq qalmaqdadır. Və əksər ekspertlər hesab edir ki, bunlara nail olmaq üçün ilk növbədə harda yaşamasından aslı olmayaraq insanlarda siyasi maarifləndirmə güclü olmalı, insan hüquq və azadlıqlarının nədən ibarət olması haqqında bilgilər olmalıdır. Məhz bu prinsipə əsaslanaraq sizlərə insan hüquq və azadlıqlarının bir sistem olaraq yaranış tarixini göstərmək istəyirik.
"Unikal"ın apardığı araşdırmalara görə insan hüquq və azadlıqlarının yaranışı tarixi üç mərhələ keçməklə müasir dövrümüzə bu formada çatıb. Gəlin ardıcıllıqla bu mərhələlərə diqqət yetirək. Çox qəribədir ki, insan hüquq və azadlıqlarının yaranışı dini məqamlarla da çox zəngindir. İndi isə təfsilatı ilə. Dində Allah kainatı yeddi günə yaradır. Xristianlıq inanclarına görə Allah insanlara iki kitab - İncil və təbiət kitabları verib. Deməli dinin özündə də ruhani təbəqsi ilə birgə alimlər təbəqəsi mövcduddur. Buradan da dini və dünyəvi mədəniyyətin paralelizmi doğur ki, bu da dindəki riyakarlıq və fanatizmi tədricən diskredasiyasına gətirib çıxarır. Dünyanı dərk etməyimizin yeganə vasitəsi azad idrakdır. Bu termin adı altında başqaları da başa düşülür: maarfçilər, maarfiçilik ədəbiyyatı, elmi (və ya maarfçi) absolutizm. Maarfçilk anlayışına sinonim olaraq "XVIII əsr fəsləsfəsi" ifadəsi də işlədilir. Analitiklər hesab edir ki, məhz bu mərhələ insan hüquq və azadlıqlarının formalaşması periodudur.
Yeni tarixdə "Maarfçilik" dövrü olduqca mühüm əhəmiyyət kəsb edir. Maarfçilik XIV-XV əsrlərin individualizm və adət-ənənələrə tənqidi münasibət aşılayan sırf dünyəvi cərəyanı olan humanizmın təbii davamı sayılır. Maarfçilik dövrü humanizm dövründən dini reformasiyalar və buna katolik kilsəsinin reaksiyası ilə ayrılır. Maarfçilik nəinki humanzim, eyni zamanda XVI və XVII əsrlərin mütərəqqi protestantizm və rasional sektantlığının da davamı saylır. Belə ki maarfçilik sonunculardan (protestantlıq və rasional sektantlıqdan) siyasi azadlıq və vicdan azadlığı ideyalarını mənimsəmişdir. Reformasiyalar dövründən maarfçilik dövrü ideyalarına ən rahat keçid XVII əsrin sonu və XVIII əsrin əvvələrində İngiltərədə deizmin meydana gəlməsi və inkişafı ilə müşahidə olunur. Deizm cərəyanı reformasiyalar dövrünün dini təkamülü ilə başa çatması ilə meydana gəlmiş və XVII əsr maarfçililərin təbliğ etdiyi "təbiyyət dini"nın başlanğıcı rolunu oynamıdır. XVIII əsr Maarfçi ədəbiyyatın banisi olaraq Lokku göstərmək olar. Humanizm və protestantlıq kimi maarfçilk də ayrı-ayrı illələrdə yerli və milli xatakter almışdır.
XVII əsrdə maarfçilik ideyaların ümumiavropa əhəmiyyəti verən fransız maarfçi ədəbiyyatı nümayəndələri Volter, Monteskö, Russo, Didro və başqaları olmuşdur. Bunları birləşdirən ümumi cəhətlər o dörv Fransasında siyasi və sosial məsələlərinə təniqidi münasibət bildirən rasionalzimin tam hökmranlığı idi. Bu dövr alman maarfçiləri isə əsasən dini və mənəvi məsələlərin həlli ilə daha çox məşğul olurdular.
Maarfçiliyin əsas məqsədi insan təfəkkürünün fəaliyyəti yolu ilə bəşər həyatının təbii prinsiplərini (təbii din, təbii hüquq, fiziokratların iqtisadi həyatının təbii qaydası və s.) tapmaq idi. Belə məntiqi və təbii əsaslar nöqtəyi-nəzərdən insan cəmiyyətinin faktiki olaraq bütün mövcud forma və münasibətləri tənqid hədəfinə çevrilir. Maarfçilik ideyalarının təsiri altında Avropa ictimai həyatını yenidən quracaq islahatlar (maarfçi absolutizm və Fransa inqilabı) həyata keçirilir. XIX əsrin əvvəllərində bir tərəfdən köhnə dini ehkamlara qayıdış, digər tərəfdən isə XVIII əısr ideoloqlarınn etinasız yanaşdığı tarixi fəaliyyətə dönüşlə əlaqədar olaraq maarifçilik idayalarına qarşı çıxışlar baş qaldırır. Hələ XVIII əsrin sonlarında başlayaraq maarfçiliyin əsas xarakterinin təyininə dair cəhdlər edilmişdir. Bunlardan ən nəzərçarpaçağı Kanta məxsusdur (Beantwortung der Frage: was ist Aufklarung?, 1784). Kanta görə Maarfçilik bir doqmatik ideyaların digər doqmatik ideyalarla deyil, azad təfəkkürlə əvəz olunmasıdır.
Humanizm isə insani məsələlərdə təbiətüstü inancların hakimiyyətini tamamilə rədd edir, amma bununla yanaşı inancların özünü hədəf olaraq seçmir. Ümumi mənada ateizm və aqnostisimlə bütünləşir, amma humanist anlayış bunlara daxil deyil. Humanizm bu cür təbiətüstü güclərin varlığı ilə bir növ maraqlanmayan etik yanaşmadır. Humanizmin əsas məqsədi hər cür avtoritarlıqdan insanı azad etməkdir.
Humanizmə görə həqiqəti tapmaq insanın haqqıdır. Amma həqiqəti tapmaq yolunda mistisizm, inanclar və bu kimi məntiqlə tamamlanmayan üsullar doğru deyil. Həqiqətə edilən bu arzu gözübağlı mütləq həqiqət olaraq qəbul etmək deyil, elmi şübhəçilik və elmi üsullarla öz cavabını tapmalıdır. Avtoritarlığı və eyni zamanda həddən artıq şübhəçiliyi də rədd edərkən, taleyin hadisələr uzərindəki təsirini qəbul etmir. Doğrunun və yanlışın olmasına şəxsi və ortaq elmin mənimsənilməsilə çatılabiləcəyini müdafiə edir. Bununla yanaşı humanizm insanın bütün digər canlı növlərindən daha fərqli olduğu düşüncəsini inkar edir. Humanist filosof Piter Singer "Bir çox istisna olmasına baxmayaraq humanistlərin çoxu özlərini böyük bir doqmadan azad edə bilmir. Humanistlər digər canlı növlərinə qarşı düşüncəsiz istismara qarşı çıxmalıdır" deyərək humanizmin təbiiliyi və həyatsevərliyini göstərir.
Humanizm insanın bacarıqlarına müsbət yanaşır, bununla yanaşı insan təbiətinin bütünlüklə yaxşı və bütün insanların humanizmin müdafiə etdiyi mənəvi dəyərlərə çatabiləcəyini müdafiə etmir. Bunun üçün əzm və başqalarının köməyi də lazımdır. Humanizmin əsas hədəfi insanın inkişafı və bütün insanlar üçün həyatı yaxşılaşdırmaqdır. Humanizm gözəl işlər görməyə, indi və burada yaxşı yaşamağa və gələcəyə daha yaxşı bir dünya qoyub getməyə çalışır, sonrakı həyatda mükafatlandırılmaq üçün həyat boyu əzab çəkmək lazım deyil.
Beləliklə aydın olur ki, insan haqqları, Humanizm və Maarifçilik Dövründə insanların təbii və dərrakədən irəli gələn subyektiv hüqüqlarını təsvir edir. Insan haqlarının əsas konsepti ondan ibarətdir ki, bütün insanlar insanolmalarına görə hamısı eyni hüqüqa malik olmalıdırlar və bu hüqüqlar izahata ehtiyac duyulmadan hamiya aid edilir. İndan haqqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallaığından, çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtsadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiayıarda əsas hüqüqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqqları inkar olunmaz bir hüqü kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.
İnsan haqqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur: "Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəkdən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüqüna malikdir!.
Ilk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlinir. Baxmayar ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda ingiltərə və amerikada bu sahədə məlum olan xartiyalar var idi. XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş "İnsan hüqüqları haqqında ümumi deklarasiya" olmuşdur. 1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir. 1966-cı ildə BMT-nin başçılığı altında "Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq pakt" və "iqtisadi, sosial və mədəni hüqülar haqqında pakt" qəbul edilmişdir.
Avropada insan hüqülarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir. Informasiya cəmiyyəti formalaşdıqca insan hüquqlarının təmin olunması üçün geniş imkanlar açılır. Çünki informasiya cəmiyyətinin əsas məqsədi yaşından, cinsindən, irqindən, fiziki imkanlarından, bir sözlə, heç bir sosial mənsubiyyətindən asılı olmadan insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, insanların düşündüklərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir. Əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı, informasiyanı yaymaq azadlığı bu gün aktual mövzu olan bloqlar, yəni on-layn fərdi gündəliklər vasitəsilə reallaşır.
Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək, öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir. İKT vasitələri vətəndaşların müxtəlif informasiyalara əlyetərliliyi, onların siyasi qərarların qəbulunda iştirakını və dövlətin fəaliyyətinə nəzarət etməsi imkanlarını artırır. Bu hüquqların reallaşma vasitələri kimi demokratik institutların elektronlaşması, elektron dövlətin, elektron parlamentin və elektron məhkəmə sisteminin qurulmasını göstərmək olar.