Türkiyəyə Azərbaycan nümunəsi
Türkiyəyə Azərbaycan nümunəsi

"Mehriban dostluq" proqramı Türkiyəni təklədi

Bu gün regionda baş verən proseslər kifayət qədər mürəkkəb və ziddiyətli məqamlarla zəngindir. Bu məqamlardan birini isə ötən həftə Türkiyə təcrübəsində gördük. Belə ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə Türkiyə üzv seçilə bilməyib.

Türkiyənin seçilə bilməməsinin arxasında Misir və Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ölkələrin Türkiyəyə qarşı həyata keçirdiyi kampaniya olduğu iddia edilir, - Dünya Bülteni. 132 səslə İspaniyaya qarşı 60 səs toplayan Türkiyənin uduzmasına əsas səbəb Səudiyyə rejimi və Misirin anti-təbliğatı səbəb olub. "Newsweek"ə danışan adını açıqlamayan bir diplomat nəticənin açıqlanmasından sonra deyib: "Bu çox təəccüblüdür, çünki bir neçə gün əvvəl Türkiyənin 160 ölkədən dəstək məktubu aldığını öyrəndim".BMT TŞ-a seçkilərin nəticələrini şərh edən xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib: "Bu gün əsas mövqeyimizə görə narahat olanlar ola bilər. Biz istəyərdik ki, BMT TŞ-da 9 səsi əldə edək və Fələstinli qardaşlarımızı rahat edək, amma bunun da təəssüf ki, bu bəzi ölkələr tərəfindən nəzərə alınmadığı müşahidə olunur". Bununla bağlı Türkiyə prezidenti Ərdoğan da bəyanat verərək bildirdi ki, səsvermədən öncə 140 ölkə razılıq vermişdi. Amma səsvermə günü bunun tam əksi baş verir. Maraqlıdır ki, Türkiyədən fərqli olaraq Azərbaycan bu postu rahatlıqla əldə etmişdi. Belə ki, Azərbaycan 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına 2012-2013 illər üçün qeyri-daimi üzv seçilib. Yüksək rəqabət şəraitində keçən 17 turdan sonra Azərbaycan beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, BMT-nin 155 üzv dövlətinin dəstəyini əldə edib.Maraqlıdır, nədən Azərbaycan bu postu rahatlıqla əldə edə bildi, amma Türkiyə yox? . Ekspertlər bunu bir neçə amillə izahlayırlar. İlk növbədə hesab edilir ki, Azərbaycanın uğur qazanmasının başlıca səbəbi balanslı siyasət həyata keçirtməsidir. Bildiyiniz kimi Azərbaycan həm Avropa Şurasında, həm də İslam Konfransında iştirak edir, eyni zamanda bitərəflər blokuna qoşulmaqla heç bir hərbi təşkilatda təmsil olunmayacağını bildirməklə tam mərkəzdə dayanıb və bununlada BMT-də istədiyi səsi əldə edə bilir. Bundan başqa Azərbaycanın hazırkı möveyi bir daha sübut edir ki, Azərbaycan regionda aparıcı bir dövlətə çevrilib və bunu digər dövlətlər də qəbul edir. Buna görə Azərbaycan BMT-də lazımi səsi topladı. Nəhayət başqa bir məqam Azərbaycanın iqtisadi gücə sahiblənməsidir. Qeyd edək ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayır. Bu isə Qərbin Azərbaycanla hesablaşmasını təmin edir. Bununla paralel olaraq Azərbaycan possovet məkanında da aparıcı bir dövlətə çevrilib və zaman-zaman bu dövlətlərə dəstəyini də göstərib. Məsələn, iki il öncə Belorusiya çıxılmaz duruma düşəndə Azərbaycan heç bir şərt irəli sürmədən Belorusiyaya yüz milyonlarla manat pul yardımı etdi. Yaxud Rusiya Gürcüstana hücum edəndə və enerji böhranı yarananda Azərbaycan Gürcüstanı uçurumdan xilas etdi. Bütün bunlar isə dünya dövlətləri tərəfindən diqqətlə izlənilir və hazırda Azərbaycan possovet ölkələri üçün bəzi məqamlarda təciliyardım rolunu oynayır. Nəhayət başqa prinsipial məqam ondan ibarətdir ki, Azərbaycan hazırda Şərq dövlətlərinin Qərbdə təmsilçisinə çevrilib və bu proses yaxın illərdə daha geniş forma alacaq. Türkiyəyə gəldikdə isə, Türkiyə bu gün aparıcı güclər arasında sözün həqiqi mənasında çıxılmaz duruma düşüb və bu get-gedə dərinləşir. Ekspertlər hesab edir ki, əslində Türkiyənin BMT-də məğlubiyyətinin başlıca səbəbi illər öncə həyata keçirdiyi "Mehriban dostluq" siyasi proqramının iflasa uğramasıdır. Belə ki, bu proqramın həyata keçirilməsi zamanı Türkiyə gözlənilmədən ən radikal İslam qüvvələri ilə təmasa keçməklə yanaşı, hətta əsrlər boyu Türkiyəyə iddialar səsləndirən Ermənistanla da dostluq əlaqəsi qurmağa çalışdı. Bu isə okeanda kompasını itirmiş gəminin hərəkətindən başqa heç bir effekt vermədi. Hətta Ermənistanla
sərhədləri açmağa həvəsli olduqları zaman Azərbaycan kimi müttəfiqi də itirmək təhlükəsi ilə üz-üzə qalmışdılar. Belə olan halda Türkiyənin BMT-də istənilən səsi alması sadəcə mümkünsüz idi.
Mehdi Əli