"Total" prezidentinin ölümü ilə nəticələnən qəza ilə bağlı yeni təfərrüatlar
"Total" prezidentinin ölümü ilə nəticələnən qəza ilə bağlı yeni təfərrüatlar

Xəbər verildiyi kimi, srağagün gecə Moskvanın "Vnukovo" aeroportunda qartəmizləyən maşınla yülgül motorlu "Falcon" təyyarəsi toqquşması nəticəsində Fransanın "Total" neft konserninin rəhbəri Marjeri de Kristofu həlak olub.

Rusiya mediasınaın yazdığına görə, hazırda hadisəni araşdıran hüquq-mühafizə orqanları dörd versiya üzərində işləyir: pilotların səhvi, dispetçerlərin səhvi, qartəmizləyən maşının sürücüsünün səhvi və pis hava şəraiti. Lakin Marjeri de Kristofunun dünyanın enerji nəhənglərindən olan bir şirkətin prezidenti olması, Qərbin Rusiyaya qarşı sanksiyaların kəskinləşdiyi bir dövrə təsadüf etməsi və hadisənin məhz Rusiyada baş verməsi ortaya əlavə versiyalar çıxarır.
RİA xəbər agentliyinin verdiyi məlumata görə, "Total"ın mərhum prezidenti son çıxışında Rusiya barəsində sanksiyalara qarşı fikirlərini ifadə edib. "Rusiyada Qərbin partnyorudur. Biz hesab etmirik ki, Rusiya qlobal iqtisadi və siyasi proseslərdən təcrid olunmalıdır. Mən tamamilə əminəm ki, açıq siyasət bizə keçmişdəki maneələrin öhdəsindən birgə gəlməyə imkan verəcək", - deyə Moskvada xarici investisiyalar üzrə keçirilən toplantıda çıxış edən Marjeri de Kristofu bildirib.
O, qeyd edib ki, siyasi məsələlər yalnız siyasi həll tələb edir .
"Total" prezidentinin bu çıxışı Fransada da şərh edilib. Fransa-Rusiya tıcarət palatasının prezidenti Emanuel Kide Fransa parlamentində "Rusiya 2014" məruzəsinin açıqlandığı zaman "Marjeri de Kristofu ağır siyasi vəziyyətə baxmayaraq dostluq haqqında danışır və fransızları ruslarla bağlayırdı" deyib.
Bu arada məlum qəzanın baş verməsi ilə bağlı yeni detallar məlum olub. İndi bu haqda materialı təqdim edirik:
..Moskva vaxtı ilə gecə saat 23:57. Vnukovo hava limanında qartəmizləyən maşına zolağı tərk etməsi haqqında əmr verilir. Zolaq boşaldılır və qartəmizləyən maşın uçuş xəttindən kənara çıxır. Yalnız bundan sonra qüllədən "Total" neft şirkətinin prezidentinin biznes-jetinin uçmasına icazə verilir.
Təyyarə boş zolağa daxil olur və havaya qalxmaq üçün lazım olan sürəti yığdığı anda heç bir əmr almadan, qartmizləyən maşın hava gəmisinin yoluna çıxır. Uçuşu dayandırmaq artıq gec idi. Falkonun əyləcini sıxmağın heç bir işə yaramayacağını düşünən pilot havaya qalxmağa qərar verir. Amma faydası olmur. İki zolağın kəsişməsində təyyarənin ön şassisi qartəmizləyən maşına çırpılır. Və Kristof de Marjeri də daxil təyyarədəki 4 nəfər həlak olur.

Uçuş zolağında sərxoş sürücü
Rusiya KİV-nə danışan hava limanındakı mənbə qartəmizləyən maşının sürücüünün sərxoş olması barədə KİV-də yer alan məlumatları təsdiq edib. Amma bunun istintaq tərəfindən diqqətlə araşdırılmalı olan bir nüanc olduğunu deyib.

Təcrübəçi nəzarətçi
Mənbə həmin ərəfədə qüllədəki nəzarətçinin təcrübəçi olması barədə məlumatlara da aydınlıq gətirib. O, deyib ki, təcrübəçinun müvafiq iczəsi olmadan qüllədə nəyi isə idarə edə bilməz. Həmin ərəfədə isə belə bir icazəyə ehtiyac olmayıb. Çünki, qüllədəki heyət tam tərkibdə iş başında olub.

Əlverişsiz hava şəraiti
Mənbə həmin ərəfədə Vnukovada hava şəraitinin əlverişsiz olduğunu təsdiq edib. "Uçuş zolağının görünüşü yaxşı deyildi. Zolaqda hərəkət radarlar tərəfinən idarə olunurdu. Amma sürücünün zolağa çıxması radarlarda problem yardıb", - mənbə vurğulayıb.
Onun sözlərinə görə, sürücü sağdı və saxlanılıb. Həm onun, həm də qüllə nəzarətçisinin ifadələri alınıb.

1 nömrəli limanın mənfi imici
Mənbə deyib ki, Vnukova hava limanınında tez-yez "ÇP" baş verir. Bu limandan ölkənin birinci şəxsləri istifdə etsə də, Vnukovo Moskva aviasiaysının ən mənfi imicli hava limanı kimi ad çıxarıb. "Burada özbaşınalıq baş alıb gedir", mənbə əlavə edib.

Təsadüfi qəza, yoxsa sui-qəsd
Bunun bir sui-qəsd olmasına gəlincə, mənbə bu ehtimalı inkar edib. O deyib ki, hava limanları ciddi nəzartədə olan obyektlərdi. Orada çalışanların hamısı, hətta sürücü belə təhlükəsizlik xidmətinin əməkdaşlaı hesab olunur. Ona görə də belə yerdə hər hansı bir terror hadisəsinin həyata keçirilməsi müşkül məsələdi.


Üfüqdə "beşinci kolon" görünür
"Total" prezidentinə həqiqətən sui-qəsd olubsa, bunun arxasında Qərbin dolayısı, Qərb tərəfindən idarə olunan "beşinci kolon"un dayanması ehtimalı daha yüksəkdir (publika.az). Şirkət prezidentinin sanksiyalara qarşı çıxması nə Qərbi, nə də Putinin sanksiyalardan yarımcan hala düşməsini istəyən "beşinci kolon"un maraqlarına cavab verə biməzdi.
Kreml isə təhlükənin fərqindədir və "beşinci kolon"un ləğv edilməsi üçün ciddi şəkildə çalışır. Özü də bu proses ilin əvvəlindən - Ukrayna böhranının kəskin şəkil almasından sonra daha da intensivləşib. Atılan addımlardan da görünür ki, Putin öz idarəçilik aparatının daxilində "liberal" ovuna çıxıb. Hələ də Rusiyanın ən böyük problemi olan liberal və Qərbə meylli dövlət oliqarxlarından ibarət "beşinci kolon" Kremlin siyasətinə təsir göstərməkdə davam edir. Bu "kolonu" məhv etmək üçün ilk olaraq media-holdinqlərdən başlayan Putin, "liberal oliqarxiyanın" nəzarətində olan media-orqanlarını öz əlinə keçirməyə başlayıb. Bu istiqamətdə son addımlardan biri isə "Vahid Rusiya" Partiyasından keçmiş deputat, məşhur gymnast, Putinin sevgilisi kimi tanınan Alina Kabayevanın "Milli Media Qrup"un direktorlar şurasının sədr vəzifəsini tutması oldu. Qeyd edək ki, "Milli Media Qrup" Rusiyanın ən böyük media holdinqlərindən biridir.
Son olaraq "Runet"i özünə yaxın biznesmenlər tərəfindən satın aldıraraq nəzarətinə keçirən Putin, kosmik rabitə və intermet sahəsində Qərbdən asılılığını da aradan qaldırmaq üçün var gücü ilə mübarizə aparır. Hələlik "beşinci kolonun" axırına çıxmaq Putinə müəssər olmasa da, Yeltsin dövründən fərqli olaraq hazırda bu "kolonla" mübarizə aparmaq və ona müqavimət göstərmək üçün kifayət qədər güc toplaya bilib. Ukrayna hadisələri fonunda Qərbin artan təzyiqlərinə davam gətirəcəyi sual aktında olan Kreml hələ ki, öz oyununu qətiyyətlə oynayır. Rusiyanın ən zəif nöqtələrindən biri olan Şimali Qafqazın bu dəfə də Qərbin xüsusi-xidmət orqanlarının diqqət mərkəzinə çevrilməsi Putini bu bölgədə Kremlin hərbi varlığını artırmağa vadar edir. Yüksək postlara keçmiş generallar, xüsusi xidmət orqanlarında böyük vəzifələr tutmuş kadrlar gətirilir. Kənardan baxarkən bu proseslər Rusiyanın dünya müharibəsinə hazırlaşdığı təsəvvürünü yaradır. Geosiyasi qarşıdurmanın bütün iştirakçıları son zamanlar ancaq gücün dili ilə danışırlar. Bu, diplomatiyanın sözünün bitdiyi mənasına gəlir və dünyamızın böyük fəlakətlər qarşısında olduğundan xəbər verir. Hadisələr isə hər gün qızışır, getdikcə lokal konfliktlər yeni əraziləri əhatə edir və daha böyük coğrafiyaya yayılır. Geosiyasi maraqların toqquşmalarda isə "beşinci kolon"lar həmişə önəmli yerlərdən birini tutur.
Rusiyalı ekspertlər hesab edirlər ki, "beşinci kolon"un Putinə qarşı atdığı addımlar silsilə xarakter daşıyır və "Total"ın prezidentinə qarşı mümkün sui-qəsd bu baxımdan ilk deyil. Belə ki, 2010-cu il aprelin 10-da Polşa prezidenti Lex Kaçinskinin də içində olduğu "TU-154" markalı təyyarənin Smolenskdə "qəza"ya uğramasını da "beşinci kolon"un ayağına yazırlar. Qəza nəticəsində Polşa prezidenti və bir sıra hökumət üzvləri olmaqla 87 nəfər həlak olmuşdu. Düzdür, həmin il Putin baş nazir idi. Amma ölkənin əsl sahibinin kim olduğunu və Putinin 2012-ci ildə Kremlə qayıdacağını Qərb yaxşı bilirdi. Smolensk faciəsi əslində Rusiyanın təcrid edilməsi siyasətinin tərkib hissəsi idi.
Bu tipli iknci hadisə isə "Malayziya hava yolları" şirkətinə məxsus " Boinq-777" sərnişin təyyarəsini Donbas səmasında qəzaya uğraması idi. Separtaçıların Rusiya ilə birlikdə Kiyevi, Kiyevin isə qarşı tərəfi ittiham etməsinə baxmayaraq, üçüncü ehtimal da var: Rusiyaya qarşı "beşinci kolon" tərəfindən əvvəlcədən hazırlanan provokasiya. Bu da Rusiyanın təcrid edilməsi siyasətinin növbəti mərhələsi idi.
"Total" prezidentinə qarşı mümkün sui-qəsdlə "beşinci kolon"un əslində bir güllə ilə bir neçə hədəfi vurmuş oldu. Birincisi, göstərmiş oldu ki, Rusiya xarici şirkətlərin işləməsi üçün heç də təhlükəsiz məkan deyil və onlar heç birinin gözləmədiyi halda "qəza"ya uğraya bilərlər. İkincisi, "Total" prezidenti ilə eyni fikirdə olanlara xəbərdarlıq edildi ki, Putin və Rusiyanı bu qədər "sevmək" olmaz.
Bütün bunlar ehtimallardır, dəqiq olan odur ki, Putin çox çarəsiz görünür.

Murad İbrahimli