Əskişəhər valisi BDU-da olub
Əskişəhər valisi BDU-da olub

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Əskişəhər valisi Güngör Əzim Tunanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BDU-dan Modern.az-a verilən məlumata görə, rektor qonağa universitet barədə ətraflı məlumat verib, elm və təhsil sahəsindəki fəaliyyətindən, beynəlxalq əlaqələrindən, o cümlədən Türkiyə universitetləri ilə əməkdaşlıqdan bəhs edib.
Qonaq Güngör Əzim öz növbəsində Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından, Azərbaycanda və onun ən qocaman təhsil ocağında olmasından məmnunluğunu ifadə edib. Universitetin bir sıra laboratoriya və mərkəzləri ilə tanış olan qonaq, eyni zamanda, Yunis Əmrə Mərkəzində olub. Sonda nümayəndə heyətilə şəkil çəkdirilib, qonaqlara xatirə hədiyyələri təqdim olunub.