Sevinc Fətəliyeva: "Gənclərin problemləri, dövlət prioritetlərindən biridir"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva MDB-nin Gənclər parlamentlərarası forumunda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedib.
Forumda Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin gənclərlə iş agentliyinin müavini S. B. Çuev, Rusiya Federasiyasının Dövlət Dumasının deputatı, MDB üzv dövlətlərlə iş komitəsinin üzvü, üçqat olimpiya çempionu İ.K. Rodina , MDB üzv dövlətlərin gənc parlament üzvləri, gənclərin ictimai təşkilatlarının liderləri iştirak ediblər.
Millət vəkili çıxışı zamanı Azərbaycanda "Dövlət Gənclər Siyasəti" mövzusu haqqında danışıb: " Müasir dünyada gənclərin rolu, dünyanın inkişafına təsirdə kəsin şəkildə dəyişib . Gənclər bir çox sahələrdə dəyişiklik edən fəal qüvvə kimi özünü göstərir. Həmişə olduğu kimi, bu gün də gənc nəslin qarşısında aşağıdakı məsələlər durur: Müəyyən peşə, həyat təminatı. Amma bununla yanaşı, bugünkü gənclik müasir dünyaya çağırışları edir, öz həyati formalaşdırarkən, vətəndaş mövqeyi ortaya qoyur, siyasi proseslərdə fəal iştirak edirlər. Bu şəraitdə gənclərin dəstəklənməsi ,onların təşəkkülü və formalaşması çox vacibdir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti, müxtəlif sahələri əhatə edir: Gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının qorunması, respublikanın ictimai-siyasi və mədəni həyatında onların iştirakı təqdirəlayiqdir. Bu gün Azərbaycanda gənclər siyasəti ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, sosial, humanitar, iqtisadi və siyasi tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar sayəsində, gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib".
"Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda ölkə əhalisinin əksəriyyəti gənclərdir. Məhz buna görə də gənclərin problemləri, dövlət prioritetlərindən biridir".
Azərbaycan Respublikasının prezidentinin 6 may 2002-ci il tarixli fərmanı ilə "Gənclər siyasti haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Qanunda Azərbaycan Respublikasının mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdülür. Qanunda gənclər siyasətinin prinsipləri və məqsədləri müəyyən olunub, dövrün tələblərinə cavab verə biləcək müddəalar əlavə edilib. Qanun bu siyasətin həyata (203-cü maddə) keçirilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönələn hüquq və vəzifələr sistemini müəyyən edir. 5 fəsil, 21 maddədən ibarət olan Qanunda dövlət gənclər siyasətinin mahiyyəti və prinsipləri göstərilir. Bu qəbldən olan digər mühüm qanunların qeyd etmək istərdim: Proqramı - "Gənc ailə" (16 fevral 1999-ci il)."Vətənpərvərlik və vətəndaşlıq (17 fevral 1999-ci il) hisslərinin Yüksəldilməsi" üzrə proqram,"Valideynlərini itirmiş və valideyn himayəsindən (22 iyun 1999-ci il) məhrum olmuş uşaqların sosial müdafiəsi Haqqında" Azərbaycan Respublikasının qanunu, "Dövlət gənclər siyasəti (29 iyul 1999-ci il) Haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı,Uşaqların (22 iyun 2000-ci il) təlim-tərbiyə işlərinin Yaxşılaşdırılması və hüquqlarının müdafiəsi" üzrə dövlət Proqram, "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər), "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" (2007-2012-ci illər) və s.
Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və Gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olub. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş veribvə müəyyən uğurlar əldə olunub. Bu gün Azərbaycan gəncliyi prezident İlham Əliyevin hərtərəfli dəstəyi və qayğısı ilə qarşıya qoyulan bir çox problemləri artıq həll edilib. Azərbaycan gəncləri dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə çalışır və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Ölkəmizdə gəncliyin diqqət və qayğı ilə əhatə olunmasının nəticəsidir ki, dövlət qurumları və parlamentin gənclər təşkilatları ilə birgə əməkdaşlığı müsbət təcrübənin əldə olunmasına zəmin yaradır."