Əli Kərimliyə şeytan ittihamı
Əli Kərimliyə şeytan ittihamı

BAXCP funksioneri: "Leyla Yunus xarici dövlətə cəsusluq edir, Əli Kərimli və onun kimilərini "qəhrəman" sayır"

Müxalifət düşərgəsində təmsil olunan partiyaların əksəriyyəti, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat bu seçkilərdə iştiraka maraqlı görünmür.
Bunun isə müxtəlif səbəbləri ola bilər. Bu, ya seçkilərə olan maraqsızlıq özünə güvənməməkdən irəli gəlir, yoxsa elektorat azlığındandır. Məsələylə bağlı "Unikal"a açıqlama verən BAXCP sərdinin müavini Niyaməddin Orduxanlı bildirib ki, hazırda yalnız radikal siyasi düşərgə bələdiyyə seçkilərində iştirakda maraqlı görünmür. Onun sözlərinə görə, bunun əsas səbəbi onların yerlərdə çox zəif bazalarının olmasıdır: "Bu gün Əli Kərimlinin yanında kim qalıb ki, hələ onun partiyasından namizəd də olsun? Son günlər orda qalan 3-5 adamda istefa verib. Bunlar yaxşı bilir ki, 1700 bələdiyyəyə namizəd vermək lazımdır. Bu elə 1700 nəfər deməkdir. Əli Kərimlinin mitinqinə 500-600 nəfərdən artıq adam gəlmir. Hardan tapacaq bu qədər insanı? Ona görə də bu adamlar bələdiyyə seçkilərində iştirakda maraqlı deyillər. Son prezident seçkilərində özləri etiraf edirdi ki, məntəqələrə müşahidəçi verməyə namizəd tapa bilmirdilər. Bunların verdyi müşahidəçilər ümümi məntəqələr üzrə 10 faiz deyildi".
Qeyd edək ki, sözügedən partiyalar ciddi cəhdlə Leyla Yunusu qəhrəman etməyə çalışır. Sözsüz ki, belə bir sifariş müxalifətə müəyyən xarici dairələrdən gəlir. Müsahibimiz də bunu təsdiqləyir: "Onlar birbaşa xarici təşkilatların tapşırıqlarını həyata keçirirlər. Özlərini onların yanında "sözəbaxan" kimi göstərirlər. Bu yaxınlarda qeyri-hökumət təşkilatları rəhbərləri ilə hökumət nümayəndələrinin görüşü keçirildi. Həmin görüşə mən də dəvət edilmişdim. Ordan olan bu insanlara sual verdim ki, necə ola bilər, son 3-4 ildə beynəlxalq donorlar Azərbaycana 22 milyon dollar qrant veriblər və bu qrantların 75 faizi ancaq radikal müxalifətə yaxın 10-15 qeyri-hökumət təşkilatı arasında bölünüb, niyə? Məqsəd nədir? Bu gün ölkədə 3000-ə yaxın qeyri-hökumət təşkilatı var. Kim bu ölkənin milli maraqlarını satmağa hazırdırsa, bu pulu ona verirlər. Heç biri mənim bu sualıma cavab verə bilmədilər. Özləri də yaxşı bilir ki, mənim sualım haqlıdır və bu pulu xarici təşkilatlar ona görə verir ki, istədikləri vaxt Azərbaycan prezidenti cənab İlham Əliyevin əleyihinə, Azərbaycanın milli maraqlarına zərbə vursunlar. Onların məqsədi budur. Leyla Yunus isə 1992-ci ildən Azərbaycan dövlətinin əleyhinə olan bir insandır. O, bütün ömrünü buna sərf edib. Mərhum Əbülfəz Elçibəy prezident olduğu dövrdə, xüsusi xidmət orqanlarının əməkdaşları Müdafiə Nazirliyində vəzifə sahibi olan həmin Leyla Yunusun gizli danışıqlarını tutmuşdular. Hələ o zaman Leyla Yunus xarici dövlətə cəsusluq edirmiş. İndi bu adamı Əli Kərimli və onun kimilərini "qəhrəman" sayır. O dövrün mətbuatını oxuyun və görün ki, Elçibəy bu satqın adam haqqında hansı fikirləri işlədib".
BAXCP yetkilisi sonda onu da bildirib ki, Leyla Yunusu müdafiə edən Əli Kərimli beynəlxalq təşkilatlara xoş gəlmək üçün bu addımı atır. "Onun üçün heç bir ölçü yoxdur. Və bu adam hakmiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa hazırdı", - deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə