Ermənistan qorxusundan geri çəkildi

Dağlıq Qarabağla bağlı Ermənistan parlamenti qərar qəbul etmədi

Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib. Müxalifətçi "İrs" Partiyasının parlamentə təqdim etdiyi "Dağlıq Qarabağın və Ermənistanın təhlükəsizliyinin hərbi-siyasi əsasları haqqında" qanun layihəsinin müzakirəsi zamanı "İrs" Partiyasının liderlərindən olan Zarui Postancyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasının vacibliyini vurğulayaraq artıq bunun vaxtının çatdığını deyib.

Lakin parlament müxalifətin bu təşəbbüsünü dəstəkləməyib və sənəd səsverməyə çıxarılmayıb. Ekspertlər hesab edir ki, zaman-zaman Ermənistan parlamentində bu məsələ müzakirəyə çıxarılır və bəzi maraqlar güdülür. Bunlar nədir? İlk növbədə aydın olur ki, Dağlıq Qarabağ problemindən Ermənistan daxilində mövcud olan siyasi qüvvələr istifadə etməyə çalışır. Məsələn, hakimiyyətin müəyyən problemləri yaranan kimi Dağlıq Qarabağ məsələsini gündəmə gətirir, cəbhə bölgəsində atəşkəs pozulur və erməni cəmiyyətində belə rəy yaradılır ki, mövcud hakimiyyət olmasa Dağlıq Qarabağı Azərbaycan geri qaytaracaq. Yaxud, müxalifət gücünü artırmaq, özlərini daha çox milli qüvvə kimi cəmiyyətə nümayiş etdirməyə çalışanda Dağlıq Qarabağın müstəqilliyini tələb edirlər. Bir sözlə ilk növbədə bu Ermənistanın daxili siyasətinə hesablanmış addımdır. İkinci tərəfdən 2015-ci ildə qondarma erməni "soyqırım"ının 100 illiyi tamam olacaq və bununla bağlı erməni lobbisi kifayət qədər aktivləşib və məyyən qüvvələr hesab edir ki, bu imkandan istifadə edərək Dağlıq Qarabağın bəzi dövlətlər tərəfindən müstəqil ölkə kimi tanınmasına nail olmaq mümkündür. Bunun üçün isə öncəliklə Ermənistanın özü Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. Amma bu ideyaya sona qədər inam yoxdur və mövcud hakimiyyət hesab edir ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyarlarsa beynəlxalq təşkilatlarda çıxılmaz durum yaranacaq. Mütəxəssislərin fikrincə belə bir addımın atılması o deməkdir ki, Ermənistan danışıqlar prosesindən imtina edir və bununla işğalçılıq siyasətini dünyaya sübut edir. Ermənistan Milli Konqresinin parlament fraksiyasının sədri Levon Zurabyan da bildirib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması vaxtından əvvəl atılmış addım olardı. O deyib ki, bu, Ermənistanın danışıqlardan birtərəfli çıxması mənasına gələ bilər: "Bu isə danışıqları poza, Ermənistanın təcridinə gətirib çıxara bilər və hərbi əməliyyatların bərpası təhlükəsini artırar". Qeyd edək ki, bu günə qədər Dağlıq Qarabğda keçirilən heç bir seçkilər dünya tərəfindən qəbul olunmayıb və Ermənistan belə addım atmaqla özünü gülünc hala salacağını yaxşı bilir. Nəhayət Ermənistan tərəfi atəşkəsi son aylar pozanda bir reallıqla üz-üzə qaldılar. Aydın oldu ki, Azərbaycanla Ermənistan ordusu arasında fərq çox böyükdür və Azərbaycan ordusu kifayət qədər sərt addımlar atdı. Buna görə hesab olunur ki, Ermənistan tərəfi Dağlıq Qarabağı müstəqil ölkə kimi tanıyarsa Azərbaycan heç bir çətinlik olmadan müharibə elan edə və qısa zaman ərzində işğal edilmiş əraziləri azad edə bilər. Çünki Ermənistan Dağlıq Qarabağı tanıyarsa deməli danışıqlar dayandırılır, atəşkəs pozulur və belə olan halda Azərbaycanın müharibə etməkdən başqa çıxış yolu qalmır.Çox maraqlı haldır ki, bir tərəfdən Azərbaycana meydan oxumağa çalışan Ermənistan, digər tərəfdən ordudakı durumlarını qaydaya salmaq üçün qızların da əsgərliyə çağrılmasını təklif edirlər. "Ermənistanda 18 yaşına çatmış qızları icbari qaydada orduya çağırmaq barədə qanunun müzakirəsinə başlanıb. İnsan potensialının tükənməsi, miqrasiya və demoqrafiya göstəricilərinin faciəvi vəziyyətdə olması, eləcə də Ermənistanın işğalçılıqdan əl çəkə bilməməsi onları qızları məcburi qaydada orduya çağırmağa vadar edir".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, 18 yaşlı qızların məcburi qaydada hərbi xidmətə çağırılması dünya praktikasında nadir rast gəlinən haldır: "MDB və Yaxın Şərq regionlarında isə bu, ümumiyyətlə ağlagəlməz hadisədir. Qadınların qeyri-hərbi sahələrdə hərbi xidmətdə olmaları, tibbi-texniki sahədə fəaliyyət göstərmələri dünyada qəbul olunmuş haldır. Amma Ermənistan ordusu 18 yaşı yenicə tamam olan qızları 18 yaşlı gənc oğlan kimi hərbi xidmətə çağırır".
Ermənistanın prezidenti, baş naziri, parlamentin spikeri, müdafiə və xarici işlər nazirləri öz qız övladlarını, qız nəvələrini Azərbaycan ordusu ilə üzbəüz ön xətdə təsəvvür etsinlər. Bu hər bir insan üçün şərəfsizlik və namussuzluqdur. Ermənistan rəhbərliyi üçün nə olduğunu qoy özləri müəyyənləşdirsinlər".
Politoloq hesab edir ki, əslində şərəfsizlik və namussuzluq erməni ordusu üçün adi haldır. Erməni mayoru zabit yoldaşının arvadının namusuna xəyanət etdi. S.Ohanyan bunu ermənilərin girov götürdüyü iki kəlbəcərlinin adına yazdı: "Amma maşınla olan, tam silahlanmış erməni mayorunun iki sadə, silahsız azərbaycanlı tərəfindən necə öldürülməsinin təfərrüatını açıqlamır: erməni mayoru hansı vəziyyətdə olub ki, özünü iki sadə, silahsız azərbaycanlıdan müdafiə edə bilməyib.18 yaşlı qızların icbari qaydada hərbi xidmətə çağırılmasının Ermənistan üçün daha işarəli əlaməti var. Bununla ermənilər sübut etdilər ki, onlar Qafqazda avtoxton deyil, gəlmədirlər. Bu mənada Ermənistan Milli Elmlər Akademiyasının xarici üzvü, akademik Riçard Ovannisyanın elmi fikirləri öz təsdiqini tapır. İrs Partiyasının sədri, müstəqil Ermənistanın ilk xarici işlər naziri Raffi Ovannisyanın atası olan Riçard Ovannisyan ermənilərin indiki yaşadıqları əraziyə gəlmə olduqları ilə bağlı elmi tezis irəli sürdü. Amerikada yaşayan, ABŞ vətəndaşı, akademik R.Ovannisyanın bu fikirləri Ermənistanda kəskin tənqid olundu.
S.Ohanyan da daxil olmaqla Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı mağara millətçiliyi düşüncəsinin daşıyıcısı olan millətin təmsilçiləridirlər. Amma bu millətin yarandığı və formalaşdığı mağara Qafqazda deyil".