BAXCP-dən Azərbaycan hərbçilərinə dəstək
BAXCP-dən Azərbaycan hərbçilərinə dəstək
Elçin Mirzəbəyli: "Yaranmış
vəziyyət işğal edilmiş Azərbaycan ərazilərində xüsusi hüquqi rejimin tətbiqini labüd edir"

"Azərbaycan hərbçilərininin döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edən Ermənistana məxsus hərbi helikopteri məhv etməsini alqışlayırıq. Əsgər və zabitlərimizə xidmət zamanı göstərdikləri sayıqlığa görə minnətdarlığımızı bildiririk".
Bu sözləri BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib. BAXCP funksioneri qeyd edib ki, baş vermiş hadisə təmsil etdiyi partiyanın xeyli öncə irəli sürdüyü təşəbbüsün yenədən gündəmə gətirilməsinə zəmin yaradır: "BAXCP hələ 2011-ci ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin statusunun müəyyənləşdirilməsi və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqi məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu barədə BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev çoxsaylı açıqlamalarla çıxış edib və Azərbaycanın işğal edilmiş əraziləri haqqında qanunun qəbul edilməsinin vacibliyindən danışıb".
E.Mirzəbəyli bildirib ki, yaranmış vəziyyət işğal edilmiş Azərbaycan ərazilərinin statusunun müəyyənləşdirilməsini və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini labüd edir.