Dünyanın ən yaxşısı Azərbaycan əsgərinə veriləcək
Türkiyə Quru Qoşunları "yeni nəsil" hərbi çəkmələri istifadəyə qəbul edib

"Yakupoğlu Dəri Sənaye" (YDS) şirkəti tərəfindən aparılmış geniş tədqiqatlar nəticəsində hazırlanan yeni çəkmələr əsgərlərin ayağını döymür, eyni zamanda hərbi çəkmələrlə bağlı yaşanan bir çox problemləri aradan qaldırılır.
Çətin şəraitlərdə, bütün fəsillərdə istifadə oluna bilən, qabaqcıl daban texnologiyasının tətbiq olunduğu yeni çəkmələr orduda geyilən mövcud çəkmələrdən 300 qram yüngüldür.
YDS şirkətinin İdarə Heyətinin sədri Vedat Yakupoğlu rəhbərlik etdiyi şirkətin Türkiyə ilə yanaşı, İtaliya, Fransa, İngiltərə, Rusiya, Azərbaycan, digər dövlətlərin orduları üçün hərbi çəkmələr istehsal etdiyini, yeni çəkmələrin isə "dünyada ən son model və ən yaxşısı" olduğunu vurğulayıb.
Yanları kamuflyaj olunmuş çəkmələr əsgərlərin geyimləri ilə uyğunluq təşkil edir. V. Yakupoğlu Türkiyə Quru Qoşunları üçün xüsusi olaraq hazırlanmış çəkmələrin Azərbaycan və Rusiya Silahlı Qüvvələri tərəfindən də seçildiyini bildirib.
Qeyd edək ki, sentyabr ayında Bakıda keçirilmiş ADEX-2014 sərgisi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri üçün YDS-dən 125 min cüt hərbi çəkmənin alınmasına dair müqavilə imzalanıb.