Oqtay Şirəliyev özəl  klinikaları qorxuya saldı
Oqtay Şirəliyev özəl
klinikaları qorxuya saldı
Nazirlik onlarda yeni yoxlamaların başlanmasına start verdi

Azərbaycanda fəaliyyət göstərən özəl klinikaları çətin günlər gözləyir. Buna səbəb Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin yeni həmləsidir.
Belə ki, dünən verilən açıqlamaya görə, artıq Səhiyyə Nazirliyi özəl klinikalarda yoxlamalara başlayıb. Bu barədə adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.
O, qeyd edib ki, bu yoxlamalar nazirlik tərəfindən mütəmadi olaraq aparılır: "Yoxlamalar nazirliyin əsas vəzifələrindən biridir. Elə gün yoxdur ki, klinikalar yoxlanılmasın. Yoxlamalar zamanı kliniklarda qanunsuzluqlar akşar edilərsə tərəfimizdən müxtəlif tədbirlər görülür. Bura administrativ və lisenziyanın saxlanması tədbirləri daxildir. Rayonlarda da fəaliyyət göstərən xəstəxanalarda Səhiyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır".
Qeyd edək ki, Azərbaycanda özəl klinikaların fəaliyyəti ciddi nöqsanlarla müşaiyət olunur. Bu klinikalarda istər müalicə və müayinə, istərsə də qiymət baxımından vətəndaşları narazı salan, narahat edən çoxsaylı məqamlar var.
Bundan başqa, Səhiyyə Nazirliyi də ictimai rəydə, KİV-də bu qeyri-dövlət tibb müəssisələrindəki özbaşınalıqlara göz yumduğuna görə tez-tekz tənqid hədəfinə çevrilir. Odur ki, indi nazirliyin özəl klinikalarda yoxlamalara start verməsi təqdirəlayiqdir.
Eyni zamanda həmin yoxlamaların formal xarakter daşımaması, obyektiv və şəffaf həyata keçirilməsi arzuolunandır. Əks halda belə yoxlamaların ölkə səhiyyəsinin acınacaqlı mənzərəsini dəyişmək baxımından hansısa müsbət nəticələr doğuracağına inanmaq çətindir.
Aliyə