Əli Kərimlinin müavini "donos"çu çıxdı
Əli Kərimlinin müavini "donos"çu çıxdı

Azərbaycan haqda xarici təşkilatlara donos yazanın kimliyi bəlli oldu

Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla- Avropa Birliyi, Avropa Şurası, ATƏT, başqa insan haqlarını müdafiə təşkilatları ilə günü-gündən münasibətləri pozulmaqdadır.
Artıq heç kəsə sirr deyil ki, beynəlxalq təşkilatların demək olar ki, bütün iclaslarında Azərbaycan hakmiyyətinə yönəlik bəyanatlar səsləndirilməsin. Belə bir vəziyyətin qarşılığında təbii ki, Azərbaycan iqtidarı da beynəlxalq təşkilatlardan gələn təzyiqlərə cavab verməkdədir. Beynəlxalq təşkilatlar bu "savaşda" Azərbaycanda özünün təsirində olan və ələ aldığı vətəndaş cəmiyyətinin nümayəndələrindən , siyasi partiyalardan da məharətlə istifadə etməkdədir.
"Unikal"ın əldə etdiyi məlumata görə, bu yaxınlarda məlum olub ki, sən demə, Azərbaycan dövləti ilə bağlı əsas məlumatları beynəlxalq təşkilatlara ötürən AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev imiş. Məlum olub ki, bu adam demək olar ki, elə bir beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanla bağlı donosçuluq etməsin. Bu haqda məlumatı da məhz Əli Kərimlinin müavininin yaxın çevrəsindən sızdırılıb. Hətta bununla bağlı AXCP-çi gənclərindən ibarət xüsusi şəbəkənin cidd dəstək verdiyi də deyilir. Razi Nurullayevin tez-tez xarici səfərlər etməsi də əsasən bu fəaliyyətinə görə imiş.
Məsələ ondadır ki, Əli Kərimli və yaxın ətrafının satqın, xəyanətkar olması ilə bağlı məlumatlar mütəmadi olaraq mətbuatda yer alıb. Bunu onun yanından uzaqlaşanlar da təsdiqləyir. Bu adam o qədər xəyanətkardır ki, vaxtilə ona hörmət edən, dar günündə əlindən tutanlara da arxa çevirir. Diqqət eləsəniz görərsiniz ki, Əli Kərimlinin yanından kənarlaşanlar onun nə qədər xəyanətkar olduğunu etiraf edirlər. Hələ üstəlik sosial şəbəkədə yaratdığı şərləmə qrupları ilə onu xəyanətdə ittiham edənlərə qarşı qara kampaniya apartdırır.
İndi də müavini Razi Nurullayevin xarici təşkilatlara donos yazdığı üzə çıxır. Bu da onu göstərir ki,xəyanətkarlıq, donosbazlıq, satqınlıq Əli Kərimli və yaxın ətrafı üçün bir peşəyə çevrilib. Sanki Azərbaycanın bu xarakterdə olan bütün adamları AXCP-də birləşib. Elə bu səbəbdən də cəmiyyət bu satqın partiyaya arxa çevirir.
Qərib Gərayzadə