Azadlıq Partiyasının sədrindən Əli Kərimliyə peşka mesajı
Azadlıq Partiyasının sədrindən Əli Kərimliyə peşka mesajı

"Necə olur ki, Əli Kərimliyə yaxın olan dairələr, məsələn Batumidə ermənilərlə dialoqda iştirak edirlər, ermənilərlə əməkdaşlıq edirlər, amma öz daxilimizdə dialoq təşəbbüsündə bulunanları satqın adlandırırlar? Bu nə yanaşmadır?!" SİA xəbər verir ki, bu fikirləri Azadlıq Partiyasının sədri Əhməd Oruc AXCP sədri Əli Kərimlinin fəaliyyətini Müsavata yaxınlığı ilə seçilən saytlardan birinə şərh edərkən deyib.
Partiya sədri hesab edir ki, Əli Kərimli və onun partiyası peşka səviyyəsindən yuxarı deyil: "Məncə, bu gün AXCP dünyadakı böyük oyunun peşkası səviyyəsində oynayır…"
Əhməd Oruc onu da bildirib ki, Əli Kərimli müxalifətdə olsa da, yürütdüyü müxalifətçilik yararsızdır: "Bu gün Əli Kərimli də müxalifətdədir, ancaq yürütdüyü siyasi kurs düzgün deyil, Azərbaycanın maraqlarını nəzərə almır. Demokratik resursları daraldıb hamını şantaj eləməklə, hər kəsi satqın elan etməklə müxalif düşərgənin dağıdılmasının, gözdən salınmasının qəti əleyhinəyəm".