Prezident İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. On iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon (dörd milyon yeddi yüz min) manatı Astara Rayon İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.