Mədət Quliyev: "Məhkum olan şəxslərin 60-65 faizi azadlığa çıxdıqdan sonra yenidən cinayət törədirlər"

"Azərbaycanda üç yeni tipli cəzaçəkmə müəssisəsi tikilib. Respublikanın regionlarında 7 cəzaçəkmə müəssisəsi tikilir".

Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev 6 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən "Din və dövlət münasibətləri" adlı tədbirdə çıxış edərkən deyib.
M. Quliyev bildirib ki, tikilən müəssisələr dünya standartlarına cavab verir: "Biz istəyirik ki, sovet dövründən qalmış müəssisələrdən azad olaq və məhkumlar yeni tikilmiş müəssisələrdə saxlanılsınlar. Təəssüflər olsun ki, məhkum olunan şəxslərin 60-65 faizi azadlığa çıxdıqdan sonra yenidən cinayət törədirlər. Biz arzu edirik ki, bu cür şəxslərin sayı azalsın".