Seçmək və seçilmək hüququ
Seçmək və seçilmək hüququ

Tarixlər boyu insan hüquqlarının məhdudlaşdırılmasının qarşısını almaq üçün idarəetmənin böyük bir praktiki prosesi diqqət mərkəzində olub və bununla bağlı müxtəlif nəzəriyyələr işlənilib. Bütün dünya dövlətçilik tarixində bu prinsipə əməl etmək üçün müxtəlif tədbirlərə, üsullara müraciət edilmişdir. Seçki məhz bu üsullardan biridir.
Seçkilər əksəriyyətin iradəsini ifadə etmək baxımından hakimiyyəti legitimləşdirir. Seçkilər vasitəsilə xalq öz nümayəndələrini seçir və suveren hüquqlarını həyata keçirmək üçün onlar arasında mandat bölgüsü aparır. Bu yolla insan və vətəndaşın ən mühüm hüquqlarından biri həyata keçirilir. 10 dekabr 1948 – ci il tarixli "İnsan Hüquqlarının Ümumi Bəyannaməsi"ndə qeyd olunduğu kimi, xalqın iradəsi hakimiyyətin əsasını təşkil edir. Bu iradə öz əksini ümumi, bərabər seçki hüququ əsasında gizli səsvermə və seçkinin azad və demokratikliyini təmin edən vasitələrdən istifadə etməklə müntəzəm keçirilən səsvermələrdə tapır.
12 noyabr 1995 – ci il Konstitusiyasının 2 – ci maddəsində qeyd olunur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Lakin, bu heç də o demək deyildir ki, xalq səsvermə vasitəsilə öz ayrılmaz suverenliyini seçilənlərə verir. Seçkilər vasitəsilə yalnız Konstitusiyada müəyyən olunmuş səlahiyyətlər çərçivəsində suverenliyin reallaşdırılmasına nail olunur.
Seçkilərin keçirilməsi həmişə bir qayda olaraq xalqın hüquq düşüncəsinin genişləndirilməsinə, onun siyasi aktivliyinin artmasına, xalqı daha uğurlu idarə edə biləcək və xalqın daha çox inamını qazanmış olan qüvvələrin dinc yolla hakimiyyətə gəlməsinə şərait yaradır. Seçkilər cəmiyyətin "siyasi barometri" qismində çıxış edir.
Dünya dövlətlərinin sırasında respublikaların sayının artması nəticəsində bəşəriyyətin mütləq əksəriyyətinin get – gedə daha çox seçmək və seçilmək hüququndan istifadə etməsi üçün yaranan imkan seçkilərdən gələcəkdə də hakimiyyətin ali orqanlarının formalaşdırılmasında ən optimal variant kimi istifadə olunmasına tam zəmin yaradır. Seçkilər anlayışı ilk növbədə seçki hüququ anlayışı ilə sıx bağlıdır. Seçki hüququ geniş anlayış olub, vətəndaş hüquqlarının başlıca təzahürlərindən biridir. Seçki hüququ hüquq ədəbiyyatında iki mənada – obyektiv və subyektiv mənada işlədilir. Obyektiv mənada seçki hüququ dedikdə, ali hakimiyyət və yerli özünüidarə orqanlarına seçkilərlə bağlı ictimai münasibətləri tənmiz edən hüquq normalarının məcmusu başa düşülür. Obyektiv seçki hüququ konstitusiya hüququnun bir institutu olmaqla geniş mənada seçki sistemini tənzim edən hüquq normalarını birləşdirir. Seçki hüququnun predmetini vətəndaşların birbaşa və dolayı iştiral etdiyi seçkilərlə bağlı ictimai münasibətlər təşkil edir.
Seçki hüququnun mənbələri sırasına seçki hüququnun normalarının ifadə edildiyi Konstitusiya hüququnun bütün mənbələri daxildir. Subyektiv mənada seçki hüququ dövlətin öz vətəndaşlarına dövlət orqanlarına, habelə yerli özünüidarə orqanlarına seçkilərdə iştirak etmək imkanını təmin etməsi nəzərdə tutulur. Başqa sözlə, subyektiv mənada seçki hüququ dedikdə, vətəndaşların seçkilərdə iştirak etmək, seçmək və seçilmək imkanı başa düşülür. Subyektiv mənada seçki hüququ aktiv (seçmək) və passiv (seçilmək) seçki hüquqlarından ibarətdir.
2. Seçki sistemi anlayışı və onun mahiyyəti
Seçki sisteminin anlayışı hüquq ədəbiyyatında geniş və dar mənada işlədilir. Geniş mənada seçki sistemi ali hakimiyyət orqanlarına seçkilərin keçirilməsi ilə bağlı tənzimlənən ictimai münasibətlərin məcmusudur. Bu sistem Konstitusiya hüququ əsasında tənzimlənir. Seçki sisteminin reallaşdırılmasında digər normalar (adətlər, ənənələr, siyasi etika qaydaları) da yaxından iştrak edir.
Dar mənada seçki sistemi – seçicilərin və ya digər səlahiyyətli şəxslərin səsverməsində müvafiq olaraq deputat mandatlarının deputatlığa namizədlər arasında bölüşdürülməsi üsulu kimi işlədilir. Tarix boyu səsvermənin nəticələrinə uyğun olaraq mandatların namizədlər arasında bölüşdürülməsinin bir sıra metodları formalaşdırılmışdır. Hazırda dünya ölkələrində bu üsullardan geniş istifadə olunur. Seçki sistemlərinin ən çox yayılanları majoritar və proporsional seçki sistemləridir.
Majoritar seçki sistemi tarixən ən qədim sistemdir. Majoritar seçki sistemi səslərin əksəriyyətinin toplanması prinsipinə əsaslanır. Majoritar termini mənşəcə fransız sözü olub majorite - əksəriyyət deməkdir. Majoritar seçki sisteminə uyğun olaraq namizədlərdən səslərin müəyyən edilmiş əksəriyyətini qazanan şəxs deputat mandatı əldə etmiş olur. Səslərin tələb olunan əksəriyyətindən asılı olaraq majoritar seçki sisteminin 3 növü fərqləndirilir. Bunlar – nisbi əksəriyyət sistemi, mütləq əksəriyyət sistemi, şərtləndirilmiş (ixtisaslaşdırılmış) əksəriyyət majoritar sistemidir.
Nisbi əksəriyyət majoritar sistemi ən sadə seçki sistemi olub, mahiyyətinə görə deputatlığa namizədlərdən digər namizədlərə nisbətən verilmiş səslərin daha çox hissəsini toplamış namizədin mandat qazanmasını göstərir. Başqa sözlə, nisbi əksəriyyət sisteminin tətbiq olunduğu ölkələrdə digər namizədlərə nisbətən çox səs toplamış şəxs nümayəndəli orqanın tərkibinə seçilmiş sayılır. Dünya dövlətlərindən 43 – də nisbi əksəriyyət majoritar sistemindən istifadə olunur. nisbi əksəriyyət majoritar sistemində seçkilərdə seçicilərin iştirakı üçün minimum hədd təyin edilmir. Yəni seçkinin baş tutması üçün ən azı bir seçicinin belə səs verməyə gəlməsi kifayət edir. Maraqlı burasıdır ki, əgər konkret dairədən yalnız bir şəxs deputatlığa namizəd kimi irəli sürülmüşdürsə, seçkidə hətta bir nəfər – namizəd özü bülə iştirak edərək öz lehinə səs versə, o seçilmiş hesab olunur.
Qeyd etmək lazımdır ki, cəmiyyət tərəfindən tanınmış, seçicilərin inandığı və etibar etdiyi, intellektual imkanlarına görə xalqa xeyir verə biləcək ayrı – ayrı şəxslərin nümayəndəli orqanın tərkibinə və ya seçkili vəzifələrə müstəqil seçilə bilməsi üçün majoritar nisbi əksəriyyət sistemi gözəl imkan yaradır. Sağlam düşüncəli, orta intellektual səviyyəli cəmiyyətlərdə nisbi əksəriyyət majoritar sisteminin tətbiqi baxımından heç bir problem yoxdur. Xalq demokratik şəraitdə yalnız özü inandığı və etibat etdiyi bir namizədə səs verir və onu bu və ya başqa orqana seçir.
Majoritar seçki sisteminin digər bir forması olan mütləq əksəriyyət sistemi deputatlığa namizədin seçilməsi üçün ümumi səslərin mütləq əksəriyyətinin toplanması, yəni seçicilərin ən azı 50% +1 – nin səsin toplanmasını tələb edir.
Qeyd etmək lazimdir ki, bu sistem nisbi əksəriyyət sisteminə nisbətən daha möhkəm tləbkarliği ilə fərqlənir. Əgər nisbi əksəriyyət sistemində baş tutmasi üçün namizədin digər namizədə nisbətən çox səs toplamasindan söhbət gedirsə, mütləq əksəriyyət sistemində bu prinsip əsas götürülə bilməz. Belə ki, nisbi əksəriyyət sistemində bir seçicinin səs verməsi ilə seçkilər baş tutmuş hesab olunurdusa, mütləq əksəriyyət sistemində seçkilərin baş tutmasi üçün seçkilərdə seçicilərin iştirakinin minimal həddiən riayət olunmalidir. Əgər minimum həddə seçicilərin iştiraki qeydə alinmamişdirsa, seçkilər baş tutmamiş sayilir. Minimum hədd qeydə alinmiş seçicilərin ümumi sayinin yarisina və ya yarisindan az sayda seçicilərin sayina bərabər ola bilər. Birinci halda əgər minimum həddə qeydə alinmiş seçicilərin yarisina bərabərdirsə, verilmiş ümumi səslərin mütləq əksəriyyəti minimum hüquqi seçki korpusunun 25% +1 – lə ifadə olunur.
Majoritar mütləq əksəriyyət sisteminin tətbiqi zamani bir qayda olaraq birmandatli seçki dairələri təşkil olunur. Bu halda seçilmək üçün seçicilərin mütləq əksəriyyətinin səsini toplamaq lazim gəlir.
Majoritar şərtləndirilmiş əksəriyyət sistemi majoritar nisbi əksəriyyət və mütləq əksəriyyət sisteminə nisbətən daha az tətbiq olunur. Çünki şərtləndirilmiş əksəriyyət sistemində seçkilərin lazimi nəticələr verməsi daha çətinləşir. Şərtləndirilmiş əksəriyyət majoritar sisteminə uyğun olaraq namizədlərdən təsdiq olunmuş əksəriyyətdə səsləri toplaya biləniseçilmiş hesab olunur. Şərtləndirilmiş əksəriyyət majoritar sistemində seçicilərin 65% - nin, 2/3 – nün, ? - nün, 60% - nin səsini toplamasi tələbi qoyula bilər.
Proporsional sistemin tətbiqində məqsəd seçicilərin səslərinə uyğun olaraq mandatlarin proporsional əsaslarla partiyalar arasinda mütənasib bölüşdürülür. Proporsional seçki sistemi çoxmandatli seçki dairləri üzrə tətbiq olunur.
3. Seçki hüququnun əsas prinsipləri
Seçki hüququnun prinsipləri seçkilərin taninmasinin və gerçəkləşdirilməsinin elə şərtləridir ki, həmin şərtlər seçkiləri əsl xalq iradəsinin ifadəsi edir. Əksinə bu prinsiplərin pozulmasi seçkilərin legitimliyinə deməli həm də seçkili hakimiyyət orqanlarinin və yerli özünüidarə orqanlarinin legitimliyinə xələl gətirir. Seçki hüququ ümumi, bərabər, birbaşa, sərbəst, şəxsi və gizli səsvermə prinsipləriəsasinda həyata keçirilir. Bu prinsiplər demək olar ki, bütün demokratik dövlətlərin qanunvericiliyində təsbit olunan ümumiliklə qəbul olunmuş prinsiplərdir.
Ümumilik prinsipinin mahiyyəti ondan ibarətdir ki, ölkə vətəndaşlarinin bütövlükdə hamisi seçki hüququna malikdir. Bu prinsip öz təbiətinə görə insanlarin hüquq bərabərliyi prinsipinin törəməsidir. Ümumilik prinsipi müxtəlif senzlərlə - yaş senzi, oturaqliq sensi, təhsil senzi, dini senzlə məhdudlaşdirila bilər. Yaş senzinin mahiyyəti yalniz qanunvericilikdə müəyyən olunmuş yaş həddinə çatmiş şəxslərin seçki hüququna malik olmasindadir. Bir qayda olaraq yaş senzi şəxsin fəaliyyət və hüquq qabiliyyəti ilə bağlidir. Yaş senzinin yuxari və ya aşaği həddinin müəyyən edilməsinə dair müxtəlif mövqelər vardir. Müasir dünya ölkələrində aktiv seçki hüququ üçün yaş senzinin həddi aşaği endirilməkdədir.
1992 – ci ildə aparilmiş araşdirmalar nəticəsində məlum olmuşdur ki, dünyanin 150 dövlətindən 109 – da aktiv seçki hüququ üçün müəyyən edilimş yaş senzi 18 yaş, bir qismində 19 – 21 (pribaltika ölkələrində), 4 ölkədə isə 16 yaş həddindədir (iran, kuba, nikaraqua,braziliya). Passiv seçki hüququ üçün yaş senzi bir qədər yüksəkdir. Ar – nin konstitusiyasina uyğun olaraq yaşi 35 – dən az olmayan vətəndaşlar prezident seçilə bilərlər. Türkiyə cumhur başkani seçilmək üçün minimum yaş həddi 50 yaşdan qəbul olunmuşdur.
AR – da bələdiyyə seçkilərində yaş senzi 21 yaş, milli məclisə deputat seçkilərində isə 25 yaş müəyyən edilmişdir. Hüquq ədəbiyyatinda ümumi seçki hüququnun senzlərindən biri kimi vətəndaşliq senzindən bəhs olunur. Müəyyən tarixi dövr üçün bu senz xüsusi əhəmiyyət kəsb etsədə hal hazirda bu məsələyə münasibət dəyişmək üzrədir. Artiq bir çox ölkələrdə, o cümlədən ar – da vətəndaşlarla yanaşi əcnəbilər və vətəndaşliği olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verdikdə aktiv seçki hüququndan, yəni seçkilərdə iştirak etmək və səs vermək hüququndan istifadə edə bilərlər. Belə ki, ar – da 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər. Müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkə vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər, bir şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun.
Oturaqlıq senzinin mahiyyəti ondadır ki, konkret ərazidə müəyyən müddətdə yaşamış şəxslərin seçki hüququ vardır. Bu senzin müəyyən edilməsində başlıca məqsəd ondan ibarətdir ki, seçkilərdə iştirak edən şəxs ərazi, əhali, onun problemləri, arzu və istəkləri barəsində təsəvvürə malik olsun. AR Konstitusiyasının 100 – cü maddəsinə görə AR – nın ərazisində 10 ildən artıq yaşayan AR – nın vətəndaşı AR – nın Prezidenti seçilə bilər.
Təhsil senzinin tələblərinə görə seçkilərdə yalnız müəyyən olunmuş həcmdə təhsilə malik olan şəxslər iştirak edə bilər. Təhsil senzi yalnız passiv seçki hüququnun reallaşdırılması ilə bağlı tətbiq olunur. AR Konstitusiyasının 100 – cü maddəsinə əsasən yalnız ali təhsilli namizəd Prezident seçilə bilər.
Bərabər seçki hüququ prinsipinin mahiyyətinə görə hər bir seçici seçkilərdə iştirak etmək üçün yaradılmış imkanlardan digər seçicilərlə bərabər səviyyədə istifadə etməlidir. Hər bir seçici yalnız bir səsə malik olur. Bu prinsipin qəbul edildiyi ölkələrdə "bir şəxs – bir səs" tezisi rəhbər tutulur.
Birbaşa seçki hüququ prinsipinin mahiyyəti seçicinin seçkili orqana və ya seçkili vəzifəyə birbaşa seçmək və seçilmək hüququnun mövcudluğu ilə müəyyən olunur.
Seçkilərdə sərbəst iştirak etmə aktiv seçki hüququ ilə bağlı prinsiplərdən biri olub, seçicinin öz öhdəsindən asılı olaraq seçkilərdə iştirak etmək etməsini müəyyənləşdirir. Seçicilərin seçkilərdə iştirak etməməsi absenteizm adlanır. Bu terminin birbaşa hərfi mənası – seçicinin siyasi və qeyri – siyasi məsələlərlə əlaqədar olaraq səsvermədə iştirak etməkdən imtina etməsidir.
Gizli səsvermənin tətbiqində məqsəd seçkilərin daha düzgün keçirilməsinə, seçicilərin öz iradəsini olduğu kimi həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
Şəxsi səsvermə prinsipinə görə seçici öz iradəsini yalnız özü ifadə edə bilər.