Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Zakir Qaralovla görüşüb
Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Zakir Qaralovla görüşüb

Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Derk Kuipers Derk Kuipers Azərbaycanın Baş Prokurorluğuna olub. Baş Prokurorluğun mətbuat xidmətindən Baş prokuror Zakir Qaralov ölkə barəsində qonaqlara məlumat verib.
O, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, müasir informasiya texnologiyalarının tətbiqi, prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, korrupsiya ilə mübarizə sahəsində görülən tədbirlər barədə ətraflı danışıb.
Derk Kuipers Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qonaq bildirib ki, Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirlər yüksək qiymətləndirilməlidir.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb. Qonaq daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluğun gənc əməkdaşları ilə görüşüb.
Qeyd edək ki, Derk Kuipers Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər Xiyabanını ziyarət edib.