Ermənilərin Rusiyaya nifrəti
Ermənilərin Rusiyaya nifrəti

Rusiyanın Türkiyə və Azərbaycana meyilliliyi durumu dəyişdirir

Son zamanlar Ermənistnda antirus kompaniyası güclənir və bu səbəbdən yeni maraqlı məqamlar ortaya çıxır. İlk zamanlarda Rusiya ilə sıx inteqrasiya tərəfdarı olan erməni cəmiyyəti indi bütün problemlərin səbəbi kimi Rusiyanı görür. Artıq 6 aydan çoxdur ki, bu proses davam edir və artıq idarəolunmaz hala çatıb.

Bir neçə gün öncə Ermənistandakı rus əsgərinin bir erməni ailəsini qətlə yetirməsi durumu daha da kəskinləşdirib. Amma deyəsən bu etirazlar birtərəfli deyil və ermənilər kimi ruslar da bu durumdan xoşhal deyillər və etirazlarını artıq açıq şəkildə bildirməyə başlayıblar. Belə ki, Ermənistanın Gümrü şəhərində rus hərbçisinin bir ailənin altı üzvünü öldürməsi faktından sonra bu ölkədə fəaliyyət göstərən Rusiya hərbi bazaları ilə bağlı yeni faktlar üzə çıxıb.Bildirilir ki, 2013-cü ilin sonlarından bəri Ermənistandakı rus hərbi bazalarından tez-tez şikayətlər daxil olur. Bu barədə Rusiya Əsgər Anaları Komissiyası, Müdafiə Nazirliyi yanında ictimai şuraının üzvü Valentina Melnikova məlumat verib.Onun sözlərinə görə, 2009-2013-cü ilə qədər orada tam sakitlik hökm sürüb, əsgər və onların analarından heç bir şikayət daxil olmayıb: "Hardasa 2013-cü ilin sonlarından başlayaraq həmin hərbi hissələrdən tez-tez şikayətlər daxil olmağa başladı. Deyə bilmərək ki, onlar kütləvi idi, lakin istənilən halda var idi. Əsasən şikayət edilirdi ki, hərbi qulluqçuların pullarını əllərindən alırlar, təhqir edirlər, vaxtında xəstəxanaya müalicə üçün göndərilmirlər. Bizə yardım üçün müraciət edən əsgərlər bunda öz yoldaşlarını, hərbi hissələrini deyil, məhz kiçik zabitləri günahlandırırdılar".Bununla yanaşı aydın olur ki, Rusiyaya məxsus hərbi bazanın yerləşdiyi ərazilərdə yerli erməni sakinlər hərbçilərə açıq nifrətlə yanaşır və tez-tez aralarında münaqişələr yaranır.Son qətl hadisəsindən sonra isə bu münasibətlər daha da pisləşib.Hesab edirlər ki, yerli erməni sakinlər bunun intiqamını almaq üçün fürsət gözləyirlər. Maraqlıdır, bəs belə bir durumun yaranma səbəbləri nədir?. Ekspert Əvəz Həsənov "Unikal" a açıqlamasında bunun bir neçə ciddi səbəbinin olduğunu dedi :" İlk növbədə qeyd edim ki, Ermənistan Rusiyadan və Gömrük İttifaqından çox şey gözləyirdi və buna görə yeni ittifaqa qoşuldu. Amma burada ciddi yanlışlığa yol verdilər. Çünki hesab edirdilər ki, Rusiyanın şərtini qəbul edərək Gömrük İttifaqının üzvü olandan sonra Rusiya Dağlıq Qarabağla bağlı konkret mövqe ortaya qoyacaq və bu Azərbaycanın maraqlarına cavab verməyəcək. Amma bunun tam əksini gördülər. Aydın oldu ki, Rusiya ittifaq üzvü olan Qazağıstan və Belorusiyanın şərtləri ilə hərəkət etdi.Bu da Azərbaycanın maraqlarına cavab verir. Məhz buna görə Ermənistan Rusiyaya artıq inanmır və buna görə etirazlar artır. Başqa bir səbəb isə erməni "soyqırım"ının 100 illiyi ilə bağlıdır. Ermənilər yenə hesab edirdilər ki, Avropa və Rusiya "soyqırım"ın 100 illiyində onlara dəstək verəcəklər. Amma prosesin gedişi zamanı məlum oldu ki, Avropa buna maraqlı deyil və bütün ümidlər Rusiyaya yönəldi. Rusiya isə gözlənilmədən Türkiyəyə yaxınlaşdı və hazırda starteji müttəfiqlik səviyyəsində addımlar atılır. Deməli belə olan halda Rusiya erməni "soyqırım"ı məsələsində Ermənistanın yanında olmayacaq.Çox böyük ehtimal ki, Türkiyə ilə münasibətləri daha da dərinləşdirməyə çalışacaq. Ermənilər isə bunu açıq şəkildə xəyanət hesab edirlər və buna görə aqressiya daha çox artacaq. Nəhayət, erməni cəmiyyəti Rusiya hərbi bazasının Ermənistanda yerləşməsinin tərafdarı deyillər. Sadəcə olaraq məcburiyyətdən bununla razılaşıblar. İndi isə bunun mənasız olduğunu düşünürlər". Yeri gəlmişkən bunu da qeyd edək ki, ötən il Rusiya Ermənistandakı bazasını iki dəfə böyüdüb. Bu isə faktiki Ermənistanın işğalı deməkdir. Başqa cür desək, dünənə qədər Ermənistan Rusiya bazasının ölkədən çıxmasına nail ola bilərdisə artıq bu mümkünsüzdür. Amma başqa bir məsələ var ki, dünyada baş verən proseslər, regional oyunlar sübut edir ki, Rusiya hər zamankı kimi artıq Ermənistanın nazı ilə oynamayacaq. Ən azından bu gün Rusiyanın əməkdaşlıq etdiyi və Ermənistandan qat-qat üstün olan Belorusiya, Qazağıstan və nəhayətdə Türkiyə Rusiyaya bu şansı tanımayacaqlar.Rusiya Ermənistana görə bu qüvvələrdən imtina etmək niyyətində deyil. Görünür bunu hiss edən erməni lobbisi hazırda bütün gücünü səfərbər edərək Avropa-Ermənistan münasibətlərini tənzimləmək istəyirlər. Amma ekspertlər güman edir ki, erməni lobbisi buna müvəqqəti olaraq, erməni "soyqırım"ı zamanı nail olacaq.Bundan sonra Avropa Ermənistan qarşısında daha konkret şərtlər qoyacaq. Çünki Ermənistan Gömrük İttifaqına üzv olmağa hazırlaşanda Avropa Birliyinin rəhbərliyi açıq şəkildə bəyan etmişdi ki, Ermənistanla iqtisadi və siyasi əlaqələrə yenidən baxılacaq.Bununlada aydın oldu ki, Ermənistan rəhbərliyinin son 10 il ərzində həyata keçirdiyi siyasət tam iflasa uğradı və Azərbaycanın xarici siyasəti məqsədinə nail oldu. Belə ki, prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistanın yürütdüyü siyasət bu ölkəni beynəlxalq aləmdən təcrid edir.Azərbaycan Ermənistanı transmilli layihələrdən kənarda saxlamaqla Dağlıq Qarabağ problemini həll edəcək. Bu gün isə İlham Əliyevin dedikləri öz təsdiqini tapdı.

Toğrul Əliyev