Kooperasiya Universitetində
Kooperasiya Universitetində "20 Yanvar Şəhidlər"i anıldı

Azərbaycan Kooperasiya Universitetindən "unikal.org"a daxil olan məlumata görə təhsil ocağında "20 Yanvar Şəhidləri"nin anım günü ilə bağlı tədbir keçirilib.
Kooperasiya Universitetinin rektoru, "Azərittifaq"ın prezidenti, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev tədbirdə "20 Yanvar Şəhidlər"i haqqında geniş məlumat verib. O, bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın qorxmaz övladları əliyalın, yüksək texnika ilə silahlanan ordunun qarşısına çıxdılar: "Onlar ölümdən qorxmadılar".
Eldar Quliyev bu gün də həmin şəhidlərimizin şükranlıqla yad edildiyini və hər zaman yad ediləcəklərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən bu insanlar hər zaman xalqımızın qəlbində yaşayacaq.